ARA üzvləri orta Asiyada
Aktivist Rəssamlar Assosiasiyasının bir qrup üzvü Orta Asiya dövlətləri olan Qazaxıstan və Qırğızıstana səfər ediblər.
Ulusum.az a özəl olaraq verilən məlumatda bildirilir ki, birliyin rəhbəri rəssam Nəvai Metin, Naqiyə Rzayeva və İntiqam Cəfərovun qatıldığı bu səfərdə nəzərdə tutulduğu kimi bir neçə görüşlər, sərgilər keçirilib.
İlk gün Qazaxıstanda olan sənətçiləri Almata dövlət Texnologiya Universitetinin prorektoru qəbul edib, tələbələrlə görüş keçirilib. Gələcək addımlar müzakirə olunub.
Daha sonra görüş Qazaxıstan incəsənət muzeyində davam edib. Burada rəssam Nəvai Metin müəllifi olduğu, qazaxıstanlı rəssamların da qatıldığı “DÜNYANI SƏNƏT XİLAS EDƏCƏK” adı kitab- kataloqunu muzeyin rəhbərliyinə təqdim edib.
Qırğızıstanda da rəssamlar maraqla qarşılanıb,. Qırğızıstan Rəssamlar Birliyinin sədri Yaxşıbek Junuşev tərəfindən qəbul olunub və gələcəkdə yaradıcı səfərlərin daha sıx keçirilməsi haqqında müzakirələr olub. Səfərdə olan rəssamların sərgisi haqqında qərar verilib.
Daha sonra Qırğızıstanın İssikkul bölgəsinə gedən rəssamlar 9-cu “Çukurova ədəbiyyat və sənət” festivalına qatılıblar.
Festival müddətində rəssamlar canlı rəsmlər çəkiblər və tədbirin keçirildiyi ərazidə sərgilər təşkil olunub.
Naqiyə Rzayevanın qum ilə göstərdiyi canlı performans xüsusilə marağa səbəb olub.
İntiqam Cəfərovun sulu boya rəsmləri də maraqla qarşılanıb.
Sənətçilərimizin bu fəaliyyəti yüksək dəyərləndirilib. Naqiyə Rzayeva Turan birliyi və Özbəkistan Respublikasının medalı ilə, İntiqam Cəfərov Turan Birliyi medalı, Nəvai Metin isə Atatürk medalı ilə təltif olunublar
Bişkekə qayıdan rəssamların Rəssamlar ittifaqının sərgi salonunda da sərgiləri təşkil olunub. Maraqla qarşılanan sərginin sonunda rəssamlar Qırğızıstan Rəssamlar ttifaqının diplomuna layiq görülüblər.
Rübabə SAHİB