Bu gün, 09:05 0 Cəmiyyət / Gündəm

Ağstafada “Könül dəftərim” sənədli filmi təqdim olunub

Ağstafada “Könül dəftərim” sənədli filmi təqdim olunub
Ağstafa rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvü, Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan və Orta Asiya üzrə təmsilçisi, Beynəlxalq Sülh Rəssamı Nəvai Mətinin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Ağstafa Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.

Yubiley mərasimi Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun rəhbərliyi və hakimiyyətinin peşəkar komandasının səyləri ilə yüksək səviyyədə təşkil olunub.

Tədbir “Könül dəftərim” adlı sənədli filmin nümayişi ilə başlayıb. Qonaqlar filmi böyük maraqla izləyiblər. Daha sonra rəssamın yaxınları və ziyalılar çıxış edərək Nəvai Mətinin yaradıcılığını yüksək qiymətləndiriblər. Tədbir saz havaları ilə davam edib.

Tədbirin sonunda yubilyar Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyə ilə təltif olunub. Eyni zamanda sənədli filmin ərsəyə gəlməsində əməyi olan şəxslər başçı tərəfindən təşəkkürnamələrlə mükafatlandırılıblar.

“Könül Dəftərim” sənədli filminin layihə rəhbəri, "Ulusum.az" saytının təsisçisi Rəxşəndə Daşdəmirova tədbirdə fəal iştirak edərək yaradıcı əməyə göstərilən diqqət və dəstəyə görə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova təşəkkürünü bildirib.
O, kollektiv adından Seymur Orucova üzərində Şuşa xanlıqlarını əks etdirən, qızıl və gümüş suyuyla işlənmiş incə naxışlarla bəzədilmiş nəfis natriumud hədiyyə edərək minnətdarlığını ifadə edib. Eyni zamanda yubilyara dəyərli hədiyyə təqdim olunub. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Qeyd edək ki, tədbirdən öncə mərkəzin foyesində rəssamın fərdi sərgisi nümayiş olunub.

Ağstafada “Könül dəftərim” sənədli filmi təqdim olunub



Ulusum.az. R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.