Bu gün, 10:00 0 Sağlamlıq

Qan təzyiqiniz ölçülərkən bunu etməyin

Qan təzyiqiniz ölçülərkən bunu etməyin
“Qan təzyiqiniz ölçülərkən danışmayın”

Ulusum.az xəbər verir ki,
bunu kardioloq və terapevt İqnat Rudçenko deyib.

O bilidirib ki, ölçmə cihazından istifadə etməzdən əvvəl oturub rahatlamalı və ən azı beş dəqiqə dincəlməlisiniz. Rudçenko əlavə edib ki, bundan əvvəl yarım saat siqaret çəkməmək və ya yemək yeməmək tövsiyə olunur.

Onun sözlərinə görə, ayaqlarınız yerdə düz dayanmalıdı, qolunuz masanın üstündə rahat olmalıdır. Qan təzyiqi manjetini yerləşdirəcəyiniz qolun yuxarı hissəsi ürəyinizlə eyni səviyyədə olmalıdır.

Rudçenko vurğulayıb ki, manjet paltarın və ya bükülmüş qolun üzərinə deyil, çılpaq yuxarı qolun üzərinə qoyulmalıdır. O, həmçinin qan təzyiqinin ölçülməsi zamanı heç bir şeyin qolu və ya qan damarlarını sıxmamasının vacibliyini deyib. Bundan əlavə, prosedur zamanı danışmaqdan çəkinmək lazımdır.

Ulusum.az / R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.