Dırnaq yeməyin təhlükələri - ondan necə qurtulmaq olar?
İnsanlar dırnaq yeməyə hələ uşaqlıq dövründən başlayır. Bəzi hallarda bu vərdiş yetkin yaşda da qalır. Halbuki bunun fəsadları təkcə estetik problemlərlə məhdudlaşmır.
Ulusum.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər dırnaq yemə vərdişini çox vaxt stresslə əlaqələndirilirlər.
Dırnaq yemək adətən stress və gərginlik fonunda yaranır və təkcə dırnaq yatağını zədələmir, eyni zamanda sağlamlıqla bağlı digər problemlərə də səbəb ola bilər. Bir çox insan üçün bu vərdişdən imtina etmək ciddi çətinlik yaradır. Lakin mütəxəssislər problemin öhdəsindən gəlməyə kömək edən effektiv üsulların olduğunu bildirirlər.
Dırnaqlarınızı qısa saxlayın. Dırnaqlar nə qədər qısa olarsa, onları yemək istəyi bir o qədər azalır. Dırnaq yeməyə qarşı xüsusi vasitələrdən istifadə edin. Acı dadlı, təhlükəsiz tərkibli bu preparatlar bir çox insanda dırnaq yemə istəyinin qarşısını alır.
Müntəzəm manikür etdirin. Dırnaqların baxımlı görünməsinə pul xərcləmək, onları yemək istəyi ehtimalını azalda bilər.
Pis vərdişi yaxşı vərdişlə əvəz edin. Dırnaq yemək istəyi yarandıqda anti-stress topu və ya oxşar əşya ilə oynamaq əlləri ağızdan uzaq tutmağa kömək edir.
Tetikləyici amilləri müəyyənləşdirin. Hansı vəziyyətlərin sizi dırnaq yeməyə vadar etdiyini anladıqda, özünüzü daha asan nəzarətdə saxlaya bilərsiniz.
Tədricən imtina edin. Məsələn, əvvəlcə yalnız baş barmağın dırnağını yeməyi dayandırmağa çalışın.
Həkimlərin sözlərinə görə, bu vərdiş dırnaq ətrafındakı dəridə ağrıya səbəb ola, dırnağın böyüməsi ilə bağlı toxumaları zədələyə və nəticədə dırnaqların formasının pozulmasına gətirib çıxara bilər.
Bəzi hallarda dırnaq yemək daha ciddi psixoloji və ya emosional problemlərin əlaməti də ola bilər.
Əgər bu vərdişi dəfələrlə tərgitməyə cəhd etmisiniz, lakin nəticə əldə etməmisinizsə, mütəxəssis həkimə müraciət etmək tövsiyə olunur.
Ulusum.az / R.Daşdəmirova[/b]

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 09:55
Qazaxıstanda monoqalaların sayı 19-a düşdü: Ekibastuz monoqala statusundan çıxarıldı
Populyar Xəbərlər
İlham Əliyev Azərbaycan xalqına Novruz təbriklərini çatdırdı
Gürcüstanda matəm bu tarixədək davam EDƏCƏK
Bu Gün Miqrasiya Orqanları İşçilərinin Bayramıdır
Qazaxıstanda monoqalaların sayı 19-a düşdü: Ekibastuz monoqala statusundan çıxarıldı
20 Yanvar" metrostansiyasında törədilən terror aktından 32 il ÖTÜR