Bu gün, 09:10 0 Cəmiyyət

İlon Mask 700 milyard dollarlıq sərvətlə tarixə düşdü

İlon Mask 700 milyard dollarlıq sərvətlə tarixə düşdü
“Forbes USA” məlumatına görə, Mask “Tesla” mükafatına dair məhkəmə qərarından sonra daha da zənginləşib.

Amerikalı sahibkar İlon Mask sərvəti 700 milyard dolları keçərək bu nailiyyətə imza atan ilk şəxs olub. Ali Məhkəmənin qərarı onun “Tesla” mükafatını qüvvədə saxlayıb.

Amerikalı sahibkar İlon Mask tarixdə 700 milyard dollardan çox şəxsi sərvətə sahib olan ilk şəxs olub.

Ulusum.az xəbər verir ki, bu barədə Forbes USA məlumat yayıb.

Məlumata görə, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusunun sərvəti Delaver Ali Məhkəməsinin qərarından sonra artaraq bu həddi keçib. Aşağı instansiya məhkəməsi əvvəllər Maska “Tesla” tərəfindən verilən 139 milyard dollar mükafatın qanunsuz olduğunu bildirsə də, Ali Məhkəmə həmin qərarı ləğv edib.

Bu yenidən qiymətləndirmə Maskın sərvətinin rekord səviyyəyə çatmasında əsas rol oynayıb.

#İlonMask #Forbes #sərvət #Tesla #SpaceX

Ulusum.az


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.