Yaşla bağlı əzələ zəifliyinin qarşısını alan zülal kəşf edildi
Amerikalı alimlər yaşla əlaqəli əzələ zəifliyini yavaşlatma potensialına malik TnC zülalının rolunu müəyyən ediblər.
Amerika Biotibbi Tədqiqatlar İnstitutunun alimləri yaşla əlaqəli əzələ zəifliyinin əsas səbəblərindən birini kəşf ediblər. Communications Biology jurnalında dərc olunan araşdırmaya görə, ulusum.az xəbər verir ki, Tenasin-C (TnC) adlı zülal əzələ kök hüceyrələrinin səviyyəsini qoruyaraq, əzələlərin bərpasını təşviq edir.
Tədqiqat göstərib ki, yaşlandıqca TnC-nin səviyyəsi azalır, bu da kök hüceyrələrin tükənməsinə və əzələ toxumasının zəifləməsinə səbəb olur. Təcrübələrdə TnC çatışmazlığı olan siçanlar əzələ zədələrindən sonra zəif bərpa göstərib. Alimlər TnC-nin yaşla əlaqəli əzələ kütləsi itkisinin — sarkopeniyanın — müalicəsində ümidverici rol oynaya biləcəyini bildiriblər.
Bununla yanaşı, zülalın birbaşa tətbiqi çətin olduğundan, gələcəkdə onu toxumalara effektiv şəkildə çatdıracaq texnologiyalara ehtiyac var.
R.Daşdəmirova
Ulusum.az
ABŞ alimləri yaşla əlaqəli əzələ zəifliyinin qarşısını almaqda rol oynayan TnC zülalını aşkarlayıb. Tədqiqat sarkopeniyanın müalicəsində yeni ümidlər vəd edir.
Amerika Biotibbi Tədqiqatlar İnstitutunun alimləri yaşla əlaqəli əzələ zəifliyinin əsas səbəblərindən birini kəşf ediblər. Communications Biology jurnalında dərc olunan araşdırmaya görə, ulusum.az xəbər verir ki, Tenasin-C (TnC) adlı zülal əzələ kök hüceyrələrinin səviyyəsini qoruyaraq, əzələlərin bərpasını təşviq edir.
Tədqiqat göstərib ki, yaşlandıqca TnC-nin səviyyəsi azalır, bu da kök hüceyrələrin tükənməsinə və əzələ toxumasının zəifləməsinə səbəb olur. Təcrübələrdə TnC çatışmazlığı olan siçanlar əzələ zədələrindən sonra zəif bərpa göstərib. Alimlər TnC-nin yaşla əlaqəli əzələ kütləsi itkisinin — sarkopeniyanın — müalicəsində ümidverici rol oynaya biləcəyini bildiriblər.
Bununla yanaşı, zülalın birbaşa tətbiqi çətin olduğundan, gələcəkdə onu toxumalara effektiv şəkildə çatdıracaq texnologiyalara ehtiyac var.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 09:55
Qazaxıstanda monoqalaların sayı 19-a düşdü: Ekibastuz monoqala statusundan çıxarıldı
Populyar Xəbərlər
İlham Əliyev Azərbaycan xalqına Novruz təbriklərini çatdırdı
Gürcüstanda matəm bu tarixədək davam EDƏCƏK
Bu Gün Miqrasiya Orqanları İşçilərinin Bayramıdır
Qazaxıstanda monoqalaların sayı 19-a düşdü: Ekibastuz monoqala statusundan çıxarıldı
20 Yanvar" metrostansiyasında törədilən terror aktından 32 il ÖTÜR
