Yayda epilyasiya etdirmək olar?

Yay aylarında Epilyasiya Etdirmək: Risklər və məsləhətlər
Yay ayları ən uzun müddətli tətil mövsümünün olduğu və günəşdən maksimum fayda biləcəyimiz bir fəsildir. Bu dövrdə yay geyimlərinə keçidlə bağlı xüsusilə xanımların narahatlıqları üzə çıxır.
Bu zaman sual yaranır, bu fəsildə epilyasiya etdirmək olarmı?
Ulusum.az məsələyə aydınlıq gətirəcək məqaləni sizinlə bölüşür:
Bir çox xanımlar qızmar yay günlərində epilyasiya etdirdikdən sonra dəridə qızartılar, şişkinliklər əmələ gəldiyindən şikayət edirlər.
Mütəxəssislər isə hesab edirlər ki, bir neçə vacib məqama diqqət etməklə, bu mümkündür.
Araşdırmalar göstərir ki, ayda bir dəfə epilyasiya etdirməklə, xanımlar onları narahat edən tükləri nazildə bilirlər.
Lakin əgər il boyu epilyasiya etdirib istilər səbəbindən 3 ay fasilə versələr, bu zaman istənilən nəticə əldə olunmayacaq. Məsələn sonuncu dəfə May ayında epilyasiya olunubsa, növbəti dəfə sentyabrda edəcəksə, tüklərin nazilməsindən söhbət gedə bilməz.
Belə olan halda nə etmək olar?
Nəzərə almaq lazımdır ki, qızmar isti imkanlarının olduğu dövrdür. Lakin bu dönəmdə epilyasiya etdirmək ciddi risklərlə əlaqələnir.
Epilyasiya, dərinin isti vəziyyətində şüa, lazer vasitəsilə dəri altında olan tük köklərini təhrif edən bir prosedurdur. Yay aylarında isə günəşin ultraviolet (UV) şüalarına məruz qalma halları artır. Bu, dərinin daha çox həssaslaşmasına və epilyasiya prosedurları nəticəsində ciddi yanma və pigmentasiya problemlərinin yaranmasına səbəb ola bilər.
Bəzi mütəxəssislər bu müddətdə epilyasiyadan imtina etməyi məsləhət görürlər. Dərinizi günəşdən qorumaq, mümkün olan ən yaxşı yoldur. Epilyasiya prosedurlarını yay aylarının bitməsindən sonra planlaşdırmaq, cildinizin sağlamlığını və estetik görünüşünü qorumağa kömək edəcək məsuliyyətli bir addımdır.
Lakin təcrübə göstərir ki, bir neçə vacib nüansa əməl etməklə, yay aylarında da epilyasiya vasitəsi ilə arzuolunmaz tüklərdən azad oluna bilərsiniz.
1. İlk olaraq, lazer etdirdiyiniz otaqda sərinlədici mütləq işləməlidir. Həm hava isti, həm də lazerin istisi dərinizin tərləməsinə səbəb olur ki, bu da normal tük köklərinin yanmasına əngəldir.
2. Lazer epilyasiyası prosedurundan çıxan kimi günəş altına çıxmamalısınız. Çalışın, yeni epilyasiya olunmuş dəriniz günəş şüası ilə təmasda olmasın, bunun üçün axşam saatlarında prosedurdan yararlanmaq olar.
3. Epilyasiya prosedurundan 1-2 saat sonra həmin nahiyəyə su düşməməlidir. Ümumiyyətlə, bu, təkcə yay ayları üçün yox, bütün dövrlər üçün keçərlidir.
Beləliklə, sınanmış metodlardan istifadə etməklə, yay aylarında da sağlam və parlaq dəriyə sahib ola bilərsiniz.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes / Dünya
Dünən, 20:00
“Kurtlar Vadisi”nin məşhur aktyoru dünyasını dəyişdi
Siyasət
Dünən, 19:40
Xankəndidə Konqres Mərkəzi açılıb - FOTO
Siyasət
Dünən, 19:37
Şahbaz Şərif Azərbaycana gəlib
Hadisə
Dünən, 19:37
Gömrükçülər külli miqdarda brilyant qaş aşkar edib
İqtisadiyyat / Dünya
Dünən, 19:00
AMB Prezidenti deyir ki, İnflyasiya hədəfə çatdı, amma tam bitməyib
Populyar Xəbərlər
Bir Kursantın Yolunda – Polis Anasının Qəlbindən Qürur və Sədaqət
“Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsinə start verildi
Rusiyada azərbaycanlı xanımı döydülər - ANBAAN GÖRÜNTÜLƏR
Fərqliliyi ilə dünyanı fəth edən qadın – Diandra Forrestin albinizm hekayəsi - FOTO
Xəzər Universitetinin Məzun Günü mərasimi
Tramp Xameneini ölümdən qurtardığını deyir