Çiçək Mahmudqızının növbəti kitabı işıq üzü gördü

Tanınmış şair və teleaparıcı Çiçək Mahmudqızının növbəti kitabı işıq üzü görüb.
Ulusum.az-a kitabın tərtibçisi Gülnar İsrafilova xüsusi açıqlamasında bildirdi ki, “Üzü sənsizliyə” adlanan bu kitabda müəllifin həm yeni, həm də bir sıra mətbu orqanlarda çap olunmuş şeirləri və publisist məqalələri yer almaqla bərabər, eləcə də şairin yaradıcılığı haqqında müxtəlif fikir adamlarının yazıları, müəllifə ithaf olunan şeirlər toplanılıb. Kitabın redaktoru publisist-yazar Elman Tovuz, məsləhətçisi isə tanınmış şair İbrahim İlyaslıdır.
Kitab müəllifin oxucularla sayca 4-cü görüşüdür. Bu görüşün məhz şairin 60 illik yubileyi ərəfəsində nəşr olunmağı, həmçinin “Üzü sənsizliyə” adlandırılması əbəs yerə deyil. Müəllif bu adla oxucularına üzü irfani ömrə yolçuluğun başladığını işarə edir.
Qeyd edək ki, Çiçək xanımın yubileyinə həsr olunan jurnal da işıq üzü görüb. Tanınmış qələm adamı Ehtiram İlham və Sultanxanım Nəsibovanın təşkilatçılığı ilə “Anadil.az” ədəbiyyat və mədəniyyət portalı iyun sayını ömrünü sazla-sözlə üyüdən şairə təşəkkür məqsədilə xüsusi buraxılış jurnalı çap etdirib.
Ulusum.az xəbər verir ki, adı çəkilən kitabın və jurnalın təqdimatı Çiçək Mahmudqızının 60-cı yaş dönümü qutlaması ilə birgə bu ilin iyunun 17-də Göygöldə baş tutacaq.
Son olaraq qeyd edim ki, Çiçək Mahmudqızı uzun illərdir “Könül körpüsü” telelayihəsi ilə sözün qulluğunda durub, sazın nazını çəkib, sənət adamlarının inkişafında dəyərli töhfələr verib.
Rübabə SAHİB

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 21:00
Diyetoloq sağlam oynaqların sirrini açıqladı
Cəmiyyət
Dünən, 16:02
Tıxacda Mühərriki Tez-Tez Söndürmək Zərərlidir – Mütəxəssislərdən Vacib Xəbərdarlıq
Dünya
Dünən, 16:00
Xameneyi Trampı Yalançılıqda İttiham Etdi
Türk dünyası / Türkiyə
Dünən, 15:57
Adile filmi sete çıktı! Tarık Akan'a şaşırtan benzerlik ortaya çıktı
Populyar Xəbərlər
Aysel Xanlarqızı Beynəlxalq Ədəbiyyat Mükafatına Layiq Görüldü
Kişi evləndikdən sonra kimi seçməlidir: ananı, yoxsa həyat yoldaşını?
Ağdamda yeni nəqliyyat kompleksi – Böyük Qayıdışa güclü dəstək
Azərbaycanda Çin Dili Sürətlə Yayılır – Orta Məktəblərdə Tədris Olunacaqmı?
Jerar Depardye cinsi təcavüzdə təqsirli bilindi: Paris məhkəməsindən şərti cəza
Tekirdağda Görməli Yerlər: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Unudulmaz Səyahət FOTO/VİDEO