"Könlümüzə körpü salan"ın YUBİLEYİ - EKSKLÜZİV
Hüseyn Arif yazıb ki,
Mən beşikdə ikən telli sazınnan,
Laylamı sən çaldın,ay Mirzə dayı.
Yenə yada saldın "Yanıq Kərəmi",
Canıma od saldın, ay Mirzə dayı.
Mənim də saza vurğunluğum, bağlılığım elə uşaqlıqdan beşikdən başlayıb. Evimizdə aşıq, saz olmasa da valideynlərimin hər ikisi ixtisasca kitabxanaçı olduğu üçün kitab evimizin içində olub, saza-sözə bağlılıq valideynlərimdən gəlib. Özümü biləndə evimizdə saz havalarını eşitmişəm. Ona görə də sazın-sözün dostu olanların hamısı ilə çalışıram dostlaşım, əlaqə qurum.Təbii ki, ucdantutma yox, çünki son zamanlar aşıq sənətində kütləvilik artıb.
Çiçək xanımla da dostluğumuza saz vəsilə oldu, aşıq sənətinə bağlılıq bizi yaxınlaşdırdı, dostlaşdırdı. Çiçək xanım saza, sözə bağlılıqda çoxlarımıza bir nümunədir. Əvvəlcə Gəncə televiziyasında müəllifi və aparıcısı olduğu "Duyğulu könüllər", sonra Youtube üzərindən açdığı "Könül körpüsü" və ilkini öz doğma yurdundan başladığı "İncəgülü-İncə
günü" saz şöləni kimi üç möhtəşəm layihənin rəhbəri kimi milyonlarla saz-söz sevərlərin könlünə yol açdı, saz sənətini urvatda saxlamağa çalışdı.
Mən bu layihələrin adlarını elə-belə çəkmədim. Məhz bu layihələrin ən sonuncusu "Könül körpüsü"ndə bir neçə dəfə qonaq qismində iştirak etdim, ruhum dinclik tapdı və həm də çoxlu dost-tanış qazandım. Əziz dostum, qardaşım Həmid Ormanlı, Allahyar bəy, Zahid müəllim, şairlərdən Rafail İcıyurd, eloğlum Xaqani Qayıblı, Ehtiram İlham, İbrahim İlyaslı, Elman Tovuz, Mikayıl Bozalqanlı, Mübariz Qaragözlü, Aşıqlardan Şəhriyar, Avdı, Şaiq, Əsgər, ustad aşıq Cahangir və bir çoxları bu qəbildəndirlər.
Mən deyərdim ki, 21-ci əsrdə müqəddəs ozan sənətinə şair Zəlimxan Yaqubdan sonra ən çox töhfə verən Çiçək Mahmudqızıdır. Şair Osman Sarıvəlli Zəlimxan Yaquba həsr etdiyi şeirin bir bəndində deyir:
Hər dövrün öz hökmü,öz qanunu var,
Biz nə Xaqan gördük,nə də zalım xan.
İndi zalım deyil, mərhəmətlidir
Aşıqların dostu şair Zəlimxan.
Bu gün bütün aşıqların ən yaxın dostu Çiçək xanımdır,ona görə də "mənim aşıqlarım" ifadəsini qürurla işlədir Çiçək xanım, çünki aşıqların ona sevgisinin nə qədər dərin olduğunu bilir. Çiçək xanım aşıqları seçəndə də çox diqqətcildir, heç vaxt "misi lələ qatmır, haqqı heç vaxt satmır"(şair Şücayət)
Çiçək xanım mənim ailəmi tanıyır. Həyatımda ən təntənəli, unudulmaz ad günümün, yubiley gecəmin aparıcısı olub, möhtəşəm bir gecə keçirib, var olsun, əli-qolu ağrımasın.
Çiçək xanım həm də gözəl, səmimi insandır, etibarlı dostdur, yaxşı adamdır. Nə səni unudur, nə özünü unutdurur. Zəmanəmizin bu çətin vaxtında yaxşı adam tapmaq asan məsələ deyil.
Bəhmən Vətənoğlu yazır ki:
İstər əlli yaşa, istər yüz əlli,
Qoynunda yaşamaq bizə təsəlli.
Nə ilki bəllidir, nə sonu bəlli,
Hey oxu tükənməz əsərdi dünya.
Töküldü saraylar, dağıldı damlar
A Bəhmən, işləri korladı xamlar.
Olmasa üstündə yaxşı adamlar,
Allahın gözündən düşərdi dünya.
Çiçək xanımın bu il 60 yaşı tamam oldu, yubiley ilidir. Bu münasibətlə mən də bu gözəl insana öz ürək sözlərimi yazmaq qərarına gəldim. Şəninə, şərəfinə onlarla şeirlər yazılan, aşıqların, şairlərin dostu Çiçək xanıma söz demək asan məsələ deyil. Eynimə gələnləri, könlümdən keçənləri qələmə aldım. Qoy qəlbimdən keçən bu sözlər sizin könül körpünüzdən keçib dost adınıza bir ərmağan olsun. Yubilley yaşınız qutlu olsun, dost könlünüz uca olsun, əziz Çiçək xanım!
Qorxmaz Qocatürk

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
5-05-2024, 03:30
"Çox görüşlərdə oluram. Həmişə müxtəlif auditoriyalara dəvət edirlər. Amma hər görüşdən əvvəl adam həyəcanlanır.
27-04-2024, 23:17
Müğənni Xuraman Şuşalı "Həftənin qonağı" verilişinin qonağı olub. ULUSUM.az xəbər verir ki, ifaçı həyat
1-05-2024, 14:10
Aşıq Telli Borçalı "Rəngarəng səhər" verilişində qonaq olub. ULUSUM.az bildirir ki, o, aşıq Zülfiyyə
3-05-2024, 14:20
3 May - Türkçülük Günüdür.. Hələ 80 il bundan öncə qardaş Türkiyənin paytaxtı Ankarada baş vermiş ideoloji hadisələrdən
23-04-2024, 08:45
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 12:42
2025-ci ildə Ukraynanın təxminən 126 milyard dollar hərbi yardıma ehtiyacı olacaq
Cəmiyyət
Bu gün, 11:25
Rumıniyanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini təsdiqləyib
İqtisadiyyat
Bu gün, 10:15
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar elan edib
Cəmiyyət
Bu gün, 10:14
Koronavirus laboratoriyada sızma nəticəsində yayılıb
Cəmiyyət
Bu gün, 09:18
İran Pakistan və Əfqanıstanla sərhəddə divar tikintisini gələn il tamamlayacaq
Cəmiyyət
Bu gün, 09:02
Ukraynanın Kursk vilayətindəki Silahlı Qüvvələrinə Trampın andiçmə mərasiminə qədər maksimum ərazini saxlamaq əmri verilib
Populyar Xəbərlər
Sarımsağın orqanizmə zərərləri
Son günlər bazarlarda ağartı məhsulları bahalaşıb
Çox oyun oynamağın zərərləri
Britaniyanın ən çox axtarılan cinayətkarlarından biri saxlanılıb
Ukrayna Polşaya Volın faciəsi qurbanlarının qalıqlarını eksqumasiya etməyə icazə verəcək
G7 İranın İsrailə hücumlarından insan haqlarına qədər addımlarını pisləyib