Karyeranız üçün vacib məsləhətlər

İş yerində uğur qazanmaq və peşəkar münasibətləri düzgün qurmaq üçün bəzi davranışlardan çəkinmək vacibdir.
İşdə yolverilməz davranışlar, həm işinizdə irəliləmənizi əngəlləyə, həm də həmkarlarınızla münasibətləri zədələyə bilər.
Ulusum.az-ın növbəti faydalı məqaləsində işdə etməməli olduğunuz əsas davranışlardan bəhs edəcəyik:
1. Gecikmələr:
İşə gecikmək, məsuliyyətsizlik kimi qəbul edilə bilər və iş yerindəki etibarınızı zədələyə bilər. Vaxtında işdə olmaq, həmkarlarınız və rəhbərliyiniz üçün hörmət və peşəkarlıq göstəricisidir.
2. Şəxsi işlərlə məşğul olmaq:
İş saatları ərzində şəxsi işlərlə məşğul olmaq, məhsuldarlığı azaldır və iş yoldaşlarınıza hörmətsizlik göstəricisidir. Şəxsi işlərinizi iş saatlarından kənarda həll etməyə çalışın.
3. Qeyri-peşəkar ünsiyyət:
İş yerində qeyri-peşəkar və kobud ünsiyyət tərzi istifadə etmək, iş mühitini zədələyə bilər. Həmkarlarınızla hörmətli və peşəkar ünsiyyət qurmaq vacibdir.
4. Dedi-qodu etmək:
İş yerində dedikodu yaymaq, iş mühitində gərginliyə və etimadsızlığa səbəb ola bilər. Dedikodulardan uzaq durmaq və səmimi münasibətlər qurmaq peşəkar inkişafınız üçün faydalıdır.
5. Komanda işinə əngəl olmaq:
Komanda işinə mane olmaq və fərdi işləmək istəyi, işin keyfiyyətini və məhsuldarlığını azalda bilər. Komanda işinə qatılmaq və əməkdaşlarla birgə çalışmaq vacibdir.
6. Məsuliyyətsizlik:
Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməmək, iş yerində etimadın azalmasına səbəb olur. Məsuliyyətli olmaq və tapşırıqları vaxtında yerinə yetirmək, işdə uğur qazanmağın əsas şərtlərindəndir.
7. Rəhbərliyə hörmətsizlik:
Rəhbərliyə qarşı hörmətsizlik və qeyri-peşəkar davranışlar, iş yerində problemlərə səbəb ola bilər. Rəhbərinizlə hörmətli və peşəkar münasibət qurmaq vacibdir.
8. Yalan danışmaq:
İş yerində yalan danışmaq, etibarınızı itirməyinizə və işdən uzaqlaşdırılmağınıza səbəb ola bilər. Dürüstlük, iş mühitində ən vacib keyfiyyətlərdən biridir.
İş yerində yolverilməz davranışlardan çəkinmək, karyeranızı inkişaf etdirmək və peşəkar münasibətləri qorumaq üçün vacibdir. Gecikmələrdən çəkinmək, şəxsi işləri iş saatlarından kənarda həll etmək, komanda işinə qatılmaq və dürüst olmaq, iş yerində uğur qazanmağınıza kömək edəcək.
Unutmayın ki, peşəkar münasibətlər və iş yerində etibar, uğurlu karyeranın əsas açarlarıdır.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 21:00
Qəhvənin xoşbəxtlik hormonu effekti məlum oldu
Cəmiyyət
Dünən, 18:45
Azərbaycan əhalisinin sayı açıqlanıb
Dünya
Dünən, 16:30
Aİ sərhəd qaydalarını dəyişir
Türk dünyası / Türkiyə
Dünən, 16:00
İstanbul Baş Prokurorluğu: Korrupsiya və dələduzluqla bağlı geniş əməliyyat
Dünya
Dünən, 15:30
Vaşinqtonda sərt tədbirlər — Tramp kimə bənzədildi?
Mətbəx
Dünən, 15:00
Nektarinli Krambl — Yayın Ləzzəti - VİDEO
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO