10-06-2024, 17:35 0 Gündəm / İqtisadiyyat

100 minlik tütün məmulatı müsadirə olundu

100 minlik tütün məmulatı müsadirə olundu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 100 min manatdan çox dəyərdə aksiz markasız tütün məmulatları aşkar edib.



Ulusum.az xəbər verir ki, əməliyyat tədbiri Gəncə şəhərində həyata keçirilib.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi, 12 saylı Ərazi Vergilər Baş idarəsi və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə məhkəmə qərarları əsasında və operativ vergi nəzarəti tədbirləri çərçivəsində keçirilmiş birgə nəzarət tədbirləri zamanı qeyri-qanuni olaraq külli miqdarda aksiz markası ilə markalanmamış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları aşkar olunub.

Belə ki, Heydərov Rüstəm Qasım oğluna məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsi, ev 35 yaşayış ünvanında 865,7 min ədəd, Əliyev Şahin Qulu oğluna məxsus Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 20/6 ünvanda yerləşən ərzaq mağazasında 313,2 min ədəd və Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi, ev 32 yaşayış ünvanında 588,4 min ədəd olmaqla, ümumi dəyəri 100 min manatdan yuxarı olan 1 767 360 ədəd aksiz markasız tütün məmulatı aşkar edilərək protokol əsasında götürülüb.

Hazırda faktlarla bağlı Dövlət Vergi Xidməti araşdırmalar aparır.

"Aksiz markası ilə markalanmalı olan malların aksiz markası olmadan və ya saxta aksiz markaları ilə satışı qanun pozuntusudur. Qanunvericiliyin müddəalarının pozulmasına görə, məsuliyyət yalnız qeyri-qanuni məhsulların istehsalı və idxalı ilə məşğul olanlara deyil, həmçinin bu cinayət şəbəkəsinə cəlb edilmiş hər kəsə, o cümlədən onun pərakəndə satışını həyata keçirən şəxslərə də şamil olunur. Aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı faktlarının aşkarlanması istiqamətində vergi nəzarəti tədbirləri davam etdirilir və qanun pozuntusu hallarına yol vermiş şəxslərə qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər görüləcək", - deyə məlumatda qeyd edilib.
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: