Sabahdan hava dəyişir - Güclü külək əsəcək, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında iyunun 8-də gecə və səhər şimal-qərb küləyi arabir 15-18 m/s-dək güclənəcək.
Bu barədə Ulusum.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın rayonlarında iyunun 8-dən 11-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir.
Əsasən, dağlıq və dağətəyi rayonlarda (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Şimal-şərq küləyi bəzi yerlərdə arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə 20-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.
Xəbərdarlıqda bildirilib ki, küləyin sürəti 13.9-20.7 m/san (7-8 bal) gücündə olacaq. Bu cür külək ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka ziyan üçün orta risk təşkil edir. Güclü külək əsasən Bakı, Abşeron, Sumqayıt, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Goranboy, Naxçıvan Muxtar Respublikasında gözlənilir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes
Bu gün, 20:00
Berk Oktay haqqında taciz iddiası – Evi, ailəsi, layihəsi... hər şey qarışdı - FOTO
Dünya
Bu gün, 18:00
Kamala Harris kampaniyanın pərdəarxasını açır – “107 gün” adlı xatirə kitabı gəlir
İdman
Bu gün, 17:30
"Neftçi"də yeni TƏYİNAT
Şou-biznes
Bu gün, 17:00
Cennifer Lopez İstanbulda səhnəni "odladı" - VİDEO
Dünya
Bu gün, 16:30
Tramp Rusiyadan gələn təhdidi etiraf etdi
Mətbəx
Bu gün, 16:00
Pomidordan Mürəbbə? Bəli, həm də Badamlı - VİDEO
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri