Bu gün, 19:00 0 Dünya

Zelenskiy: “Rusiyanın atəşkəsə meyli var, amma bizi aldatmasınlar!”

Zelenskiy: “Rusiyanın atəşkəsə meyli var, amma bizi aldatmasınlar!”
Ukrayna Prezidenti Zelenskiy ənənəvi video mesajında Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti qiymətləndirib.

Ölkəsinin Sumi bölgəsində döyüş xəttində müşahidələr apardığını bildirən Zelenskiy, müharibə ilə bağlı məlumat aldığını qeyd edib.

Zelenskiy həmçinin bu gün ABŞ Prezidenti Donald Trump ilə telefon danışığı apardığını xatırladıb.

“ƏSAS MƏQAM, TƏFƏRRÜATLARDA BİZİ ALDATMAMALIDIRLAR”

Rusiya Prezidenti Vladimir Putin ilə Trump-ın Yaxın Şərq üzrə Xüsusi Nümayəndəsi Stiv Vitkoffun bu gün Moskvada keçirdiyi görüş haqqında Trump ilə danışdığını qeyd edən Zelenskiy, müharibənin ədalətli şəkildə sona çatmalı olduğunu vurğulayıb.

O deyib:

“Görünür ki, Rusiya artıq atəşkəsə daha meyllidir. Amma əsas olan budur ki, bizi, həmçinin ABŞ-ı təfərrüatlarda aldatmasınlar.”


Ukrayna öz müstəqilliyini qoruyacağını bildirib və əlavə edib:

“(Atəşkəs məsələsində) Müttəfiqlərimizə, Ukraynalı rəsmilərə və təhlükəsizlik müşavirlərinə yaxın gələcəkdə görüşüb mövqeyimizi, ortaq mövqeyimizi və ortaq baxışımızı müəyyənləşdirməyi təklif etdik.”


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: