Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ!

Bakıda və Abşeron yarımadasında mayın 12-si günün ikinci yarısından 14-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Ulusum.az-a verilən xəbərə görə, mayın 12-si axşamdan 13-dək arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında mayın 12-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 15-i səhərədək fasilələrlə leysan xarakterli yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Temperatur ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.
Çaylarda o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 16:00
Trampın susduğu faciə: Şerifin oğlu anasının silahı ilə universitetdə atəş açdı
Maraqlı
Bu gün, 15:30
Ayda "sake zavodu": qiyməti 738 min dollar
İdman
Bu gün, 14:00
Oveçkin 897-ci qolunu vurub
Dünya
Bu gün, 13:00
Tramp Moskvanı sıxışdırır: Bu həftə cavab gözləyirəm!
Dünya
Bu gün, 12:30
300 minlik səssizlik: Baydenin nitqlərinə tələb yoxdur
Populyar Xəbərlər