7-06-2024, 16:00 0 Gündəm / Analitika

Qarayara xəstəliyi nədir?

Qarayara xəstəliyi nədir?

Uzun illər bundan öncə qorxulu kabus təsnif olunan qarayara xəstəliyi



Zaqatalada qeydə alınan bu xəstəliyə yoluxma faktı onun öldürücü təsirini öyrənmə ehtiyacını ortaya qoydu.

Qarayara yaxud Sibir xorası

Qarayaranın elmi adı Sibir xorasıdır. 1945-ci ildə İranda bu xəstəlikdən 1 milyon qoyun, ABŞ-da isə 1944-1994-cü illərdə 224 insan ölümü baş verib. Ən böyük epidemiya isə 1979-1985-ci illərdə Zimbabvedə qeydə alınıb. Bu epidemiya 10.000-dən artıq insanın həyatına son qoyub.

Ulusum.az xəbər verir ki, Qarayara bütün növ kənd təsərrüfatı və vəhşi heyvanlar, həmçinin insanlar üçün xüsusi təhlükəli xəstrəlikdir. Xəstəlik at, qaramal, qoyun və s. heyvanlarda ildırımvari, iti və yarımiti formada, donuzlarda isə əsasən məhdud angina formasında, xəzdərili heyvanlarda isə yem infeksiyası şəklində özünü göstərir. Xəstəliyin ən çox yayılmış forması dəri yarasıdır.
Qarayaranın meydana gəlməsi
Mütəxəssislər bildirirlər ki, xəstəliyin infeksiyası əsasən torpaqdan keçir:

Qarayara daha çox xəstə heyvan və insanların basdırıldığı yerlərdə olur. Ola bilər ki, heyvanlar bu xəsətliyə yoluxsunlar, bu zaman insanlara da yayılma ehtimalı olduqca böyükdür.

Təcrübəyə əsasən, hətta bir regionda olan heyvanların hamısı bu xəstəlikdən ölə məhkumdur. Məsələn, sürü halında olan heyvanlardan birində bu xəstəlik varsa, kütləvi olaraq digər heyvanların da yoluxma riski böyükdür.
Növləri
Ağır xəstəlik olan Qarayaranın bir neçə forması var. Ən çox yayılan forma isə dəri formasıdır.

Zahirən dəridə yaralar əmələ gəlir, amma məsələ bu yara ilə bitmir. Xəstəlik törədicinin özü orqanizmdə çox dərin fəsadlara yol açır.

Bu isə ölümə gətirib çıxaran faktordur. Ona görə də müvafiq sturukturlar bu işi yerində lokallaşdırmalı, lazımlı tədbirlər görülməli, xəstə olan heyvanlar məhv edilməlidir. Xəstəliyə yoluxan insanlar xüsusi palatalarda müalicə almalıdır. Çalışmaq lazımdır ki, infeksiyanın yayılmasının qarşısı alınsın. Bu, olduqca mühümdür.
Əlamətləri
Xəstəliyə yoluxan şəxsin dərisində qara ləkə əmələ gəlir. Daha sonra həmin şəxsdə yüksək hərarət, halsızlıq, zəiflik, temperaturin düşməsinə məruz qalır. Tez bir zamanda müalicə olunmazsa, xəstənin ölümünə səbəb ola bilər.

Ona görə də belə bir yara varsa, kimsə kənd heyvanları ilə kontaktda olubsa, mütləq həkimə müraciət etməlidir.
Aymirə Ağamirova

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: