Bu gün, 11:00 0 Dünya

“Son nöqtə yaxınlaşır” – Ağ ev Putin və Tramptan ümidli

“Son nöqtə yaxınlaşır” – Ağ ev Putin və Tramptan ümidli
ABŞ mediası yazır ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın ikinci görüşü Ukraynada atəşkəsin tam təmin olunmasına, hətta davamlı sülhün əldə edilməsinə səbəb ola bilər. Bu barədə Fox News Ağ evdəki mənbəyə istinadla məlumat yayıb.

“Böyük nikbinlik var ki, ikinci görüş işi sona çatdıracaq”, – deyə mənbə bildirib.


Onun sözlərinə görə, bu görüş münaqişənin deeskalasiyasına real zəmin yarada bilər.

Hələlik görüşün dəqiq tarixi, yeri və digər iştirakçıları barədə məlumat açıqlanmayıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: