Dünya nəhənglərinin mübarizə hədəfi - Avrasiya dəhlizləri - FOTOLAR

Tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun cənab Prezident İlham Əliyevin uğurlu dəhliz strategiyasına həsr etdiyi Azərbaycanın nəqliyyat-kommunikasiya və enerji dəhlizləri haqqında yazdığı və materikin 30-dan çox dəhlizini əhatə edən “Avrasiyanın Arteriyaları” adlı kitabı Azərbaycan Dövlət İqtisad Universitetində ictimaiyyətə təqdim olunub.
Ulusum.az xəbər verir ki, mərasimdə Universitetin rəhbərliyi, millət vəkilləri, müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, 20-dən artıq politoloq, iqtisadçı ekspertlər, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər ölkə rəhbərinin dəhliz strategiyasının bütün komponentləri ilə ictimaiyyətə təqdim edilməsi baxımından bu kitabın böyük əhəmiyyətini qeyd ediblər.
Eyni zamanda bildirilib ki, kitabda Ümummilli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan 10-a yaxın nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin qlobal geosiyasətin əsas kompanentinə necə çevrildiyinin detalları kitabın müəllifi tərəfindən incəliklə əks etdirilib.
Çıxış edənlər həmçinin kitabın ciddi əhəmiyyətinə və maarifləndirmə işlərində oynayacağı rola toxunaraq, dəhlizlərin texniki-iqtisadi və digər göstəricilərinin dəqiq ifadə edilməsi baxımdan onun ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilə biləcəyini vurğulayıblar.
Natiqlər 30-dan artıq dəhlizə dair məlumatların, təhlil və proqnozların bir kitabda öz əksini tapmasının nadir hal olduğunu bildiriblər.
Qeyd edək ki, “Avrasiyanın Arteriyaları” kitabında müəllif tərəfindən ABŞ, Rusiya, Çin və digər dünya nəhənglərinin Avrasiyanın dəhlizləri uğrunda apardığı mübarizə və bu mübarizənin yaratdığı münaqişələr, onların təzyiqi ilə məhv edilən və məhvi planlaşdırılan dəhlizlər haqqında, eləcə də onların gələcəyinə dair təhlil və proqnozlar göstərilib.
Həmçinin Avrasiya materikinin 30-dan çox nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin hər birinin tarixi, marşrutları, texniki-iqtisadi parametrləri və onların gələcəyinə dair geniş təhlillər əksini tapıb.
Kitabın region ölkələri və Avropa oxucuları üçün də maraq doğuracağı ehtimal edilir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 12:00
Trampın görüşü Fransada “alçaldıcı” adlandırıldı
Cəmiyyət
Bu gün, 11:19
Azərbaycanda hava kəskin dəyişir
Cəmiyyət
Bu gün, 09:41
Bakının iki rayonunda qaz fasilələrlə veriləcək
Siyasət
Bu gün, 09:30
Tramp məsuliyyəti Moskvaya və Kiyevə yönəltdi
Texnologiya
Dünən, 21:00
SpaceX-in böyük hədəfi: Marsda ilk şəhər
Populyar Xəbərlər
Qışa hazırlıq: Bilənlər bilir…
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib