Rusiya vətandaşı Zaqatalada bədbəxt hadisə nəticəsində öldü

Zaqatalada 56 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Ulusum.az-ın məlumatına görə, hadisə səhər saatlarında rayonun Mamrux kəndində baş verib. İlkin məlumata görə, Rusiya Fedarasiyası vətəndaşı, Murmansk vilayətində yaşayan, əslən Mamrux kəndindən olan 1968-ci il təvəllüdlü Akif Muradəli oğlu Qurbanov ehtiyatsızlıqdan maye qaz daşıyan yük maşınının təkəri altına düşüb.
Hadisə zamanı ağır xəsarətlər alan A. Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib. A. Qurbanovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri