İnstitut rektoru QOVULDU
Rusiyada Elm və Təhsil Nazirliyi aşkarladığı qanun pozuntularından sonra Puşkin İnstitutunun rektorunu işdən uzaqlaşdırıb.
Ulusum.az xəbər verir ki, qanun pozuntuları aşkar edildikdən sonra İnstitutunun rektoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Natalya Truxanovskaya miqrantlarla bağlı qalmaqal fonunda işdən çıxarılıb.
Məlumatı Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi təsdiqləyib.
İnstitutdan bildirilib ki, onlara Truxanovskayanın işdən çıxarılmasına dair sənəd yox, yalnız Qusevin təyinat barədə əmr göstərilib,. İnstitutun əməkdaşları nazirlik nümayəndələrinə Truxanovskayanın xəstəlik məzuniyyəti götürdüyünü və sərəncamla tanış olmadığını bildiriblər.
Bundan əvvəl bildirilmişdi ki, Moskva müstəntiqləri Puşkin adına Dövlət Rus Dili İnstitutundan mühacirlərin rus dilini bilməsi ilə bağlı saxta sertifikatlar verilməsi və qanunsuz miqrasiya ilə bağlı cinayət işi açıb.