Bu gün, 09:30 0 İdman

“Liverpul”dan tarixi transfer rekordu: bir pəncərədə €483 milyon

“Liverpul”dan tarixi transfer rekordu: bir pəncərədə €483 milyon
“Liverpul” bir transfer pəncərəsində futbolçu alışına ən çox vəsait xərcləyən klub kimi dünya rekorduna imza atıb — €483 milyon.

Klub həm də İngiltərə Premyer Liqasının tarixində ən bahalı transferi reallaşdırıb: “Nyukasl”dan isveçli hücumçu Aleksander İsaq üçün €144 milyon ödənilib. Bundan əvvəlki rekord 2024-cü ilin iyununda “Bayer”dən Florian Virtsin €125 milyonluq keçidi idi.

Digər transferlər arasında: Hüqo Ekitike (€95 mln), Miloş Kerkes (€46,9 mln), Ceremi Frimpong (€40 mln), Covanni Leoni (€31 mln). Ən ucuz transfer isə 20 yaşlı qapıçı Armin Peçi olub — cəmi €1,78 mln.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: