Afət Fərmanqızı ilə Flora Kərimova tək qaldı

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.
Ulusum.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hakim Abbas Rzayev dəfələrlə tərəfləri barışığa dəvət edib. Onların cəmiyyətdə tanınan və nüfuzlu şəxslər olmasını, bu cür mübahisələrin başucalığı gətirmədiyi diqqətə çatdırılıb.
Afət Fərmanqızı isə ifadə verərək, barışığa hazır olduğunu desə də, Flora Kərimova barışmaq niyyətində olmadığını açıqlayıb.
A.Fərmanqızı məsələni məhkəmə zalından kənarda aydınlaşdırmağa hazır olduğunu bildirib. Bundan sonra hakim proses iştirakçılarını zaldan çıxarıb, hər iki şəxsə təklikdə danışaraq, barışmağı təklif edib.
Flora Kərimova isə israrla barışmaq istəmədiyini deyib.
Bundan sonra proses iyunun 14-dək təxirə salınıb.
Xatırladaq ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 19:00
Günəşin Dadı: Musaka - Yunan Mətbəxinin Nəfis İncisi
Sağlamlıq
Bu gün, 18:00
Yay İstisində İdman: Ürəyimizi Necə Qoruyaq?
Hadisə
Bu gün, 17:04
Bloqer Səlim Milli vəfat etdi
Dünya
Bu gün, 16:00
CNN Putinlə Trampın görüşünün dəqiq yerini öyrənib
Dünya
Bu gün, 15:00
Rusiyada miqrant şagirdlərin izlənməsi planlaşdırılır
Mətbəx
Bu gün, 14:30
Dadlı və Doyurucu Qəlyanaltı: Avokado-Kəsmik Pasteti
Maraqlı
Bu gün, 13:30
Evinizin ətrafında bayquş görsəniz - SEVİNİN
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
325 milyonluq superyaxta hərraca çıxarılır — sahibinin kimliyi şübhə doğurur
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO