Səhiyyə Nazirliyinin vəzifələri artırıldı

Səhiyyə Nazirliyinin vəzifələri artırılıb.
Ulusum.az bildirir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
Səhiyyə Nazirliyinin vəzifələri sırasına aşağıdakılar əlavə edilib:
- “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatını həyata keçirmək, habelə dərman vasitələrinin dövlət reyestrini aparmaq;
- Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin siyahısını hazırlamaq, ictimaiyyətin məlumatlandırılması məqsədilə rəsmi internet səhifəsində yerləşdirmək və rübdə bir dəfə yenilənməsini təmin etmək;
- dərman vasitələrinin keyfiyyətli, effektiv və təhlükəsiz olmamasına dair əsaslandırılmış faktlar aşkar edildikdə, həmin dərman vasitələrinin dövlət reyestrinə daxil edilməsindən imtina etmək, dərman vasitələrinin dövlət reyestrinə daxil edilmiş və ya “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulan dərman vasitələrinin Azərbaycan Respublikasında tətbiqini qadağan etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaq;
- tibb vasitələrinin risk dərəcəsindən asılı olaraq təsnifatını müəyyən etmək.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 12:00
Kiyev ABŞ-la diplomatik münasibətləri kəsirmi?
Cəmiyyət
Bu gün, 11:56
Bakıda məşhur gecə klubu bağlanıb
Maraqlı
Bu gün, 11:00
Həyatı sıfırdan başlamağa niyə tələsirik?
Cəmiyyət
Bu gün, 10:59
Şahbuza 8 sm qar yağıb
Dünya
Bu gün, 10:30
Avropa İttifaqı İrana qarşı sanksiyaları sərtləşdirir
Dünya
Bu gün, 10:00
Aİ Fələstinə 1,6 milyard avro yardım elan edib
Siyasət
Bu gün, 09:40
Akademik Zərifə Əliyevanın anım günüdür
Texnologiya / Dünya
Bu gün, 09:30
Qadın ekipajla ilk kosmik uçuş həyata keçirilib
Dünya
Bu gün, 09:00
Trampdan İrana xəbərdarlıq: Nüvə silahı olmayacaq!
İqtisadiyyat / Hadisə
Dünən, 20:57
Qanunsuz kəsimə qarşı tədbirlər davam edir
Populyar Xəbərlər
ABŞ-da SƏS SALAN AZƏRBAYCANLI - VİDEO
Xaricdə bizi layiqincə tanıdan qadın!
28 il əvvəl, 10 aprel 1997-ci ildə şəhid olan kəşfiyyatçılarımızın anım günü
"Dünyanı Yaxşılardır Gözəlləşdirir" İstanbulda böyük maraqla qarşılandı
Bu gün Beynəlxalq Qaraçı Günüdür
Mərakeşdə “REZA-nın Müasir Odiseiyası” adlı sərgi açılıb