SOCAR ittihamlara cavab verdi

SOCAR Türkiyə İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib.
Ulusum.az xəbər verir ki, şirkət bu barədə ittihamları əsassız adlandırıb.
“Son vaxtlar regionda baş verən geosiyasi dəyişikliklər fonunda SOCAR Türkiyə və qrup şirkətləri bir müddətdir bəzi təxribatçılar tərəfindən həm sosial şəbəkələr üzərindən, həm də fiziki hərəkətlərlə hücuma məruz qalıb. Bu təxribatçı qruplar guya İsrailə xam neft satdığıma dair əsassız ittihamlar irəli sürərək sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar edir, eyni zamanda, şirkət binasına, əməkdaşlarımızın təhlükəsizliyini təhlükə altına qoyaraq hücumlar edirlər. İstanbuldakı Baş ofisimizə 12 mart, 29 may, 31 may və 2 iyun tarixlərində, Bursadakı "Bursagaz" ofis binamıza 24 may tarixində həyata keçirilən və şiddət səviyyəsi artan təxribatçı hərəkətlərin davam etdirilməsi şirkətimizin işçilərinin həyat təhlükəsizliyi üçün təhlükə yaradır.
Ana şirkətimiz olan Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın irəli sürdüyü vizyona uyğun olaraq, biz bütün fəaliyyətimizi beynəlxalq biznes müqavilələri çərçivəsində həyata keçiririk. Bu kontekstdə SOCAR-ın hazırda İsrailə xam neft satması ilə bağlı iddialar əsassızdır və məqsədyönlü şəkildə ictimaiyyəti çaşdırmaqdır. Qlobal neft bazarının özünəməxsus xüsusiyyətləri var və hasil edilən xam neft ticarət şirkətləri tərəfindən və ya bu şirkətlər vasitəsilə satılır.
Təchizatçı şirkətlərin xam nefti hansı ölkələrə göndərdiklərini və ya ondan hansı məqsədlər üçün istifadə etdiklərinə nəzarət etmək və ya müdaxilə etmək imkanı yoxdur. Bu çərçivədə SOCAR digər neft şirkətləri kimi, tədarük etdiyi məhsulların ticarətini müvafiq ticarət şirkətləri ilə ticarət əlaqələri çərçivəsində həyata keçirir.
SOCAR Türkiyə olaraq sərmayələrimiz və əməkdaşlığımız Türkiyə ilə Azərbaycan arasındakı möhkəm qardaşlıq və dostluq bağları, strateji müttəfiqlik və xalqlarımızın qarşılıqlı maraqları əsasında formalaşır”.
Qeyd edək ki, SOCAR 2024-cü ilə qədər ən böyük investisiyalarını Türkiyədə reallaşdırıb. İnvestisiya yatırmağa başladığı 15 il müddətində bu rəqəm 18.3 milyard dollara yüksəlib. SOCAR bununla Türkiyənin ən böyük birbaşa xarici investisiya şirkətidir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 13:00
Depressiya başlamamışdan əvvəl beyin nə deyir?
Mədəniyyət
Bu gün, 12:10
Xan qızı Natəvan – 193 ildir sözün zirvəsində
Dünya
Bu gün, 11:00
Tramp mümkün varisinin adını açıqladı
Hadisə
Bu gün, 10:30
Günəş oyanır: Avqustda dördüncü partlayış
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri