29-05-2024, 10:30 0 Gündəm / Cəmiyyət

"Məktəb psixoloqları bunu etmirlər!"

"Məktəb psixoloqları bunu etmirlər!"
Orta məktəblərdə şagirdlərin, xüsusilə yeniyetmələrin davranış pozğunluqlarına tez-tez rast gəlinir. Aqressiv hərəkətlər, həmyaşıdlarına, hətta müəllimlərə qarşı şiddət nədən qaynaqlanır?

Bir müddət öncə respublika məktəblərinin birində məktəblilər arasında davanın qətl hadisəsi ilə bitməsi problemin necə dərinləşdiyini ortaya qoydu.

Əvvəllər "uşaq ailənin güzgüsüdür" deyimi əsas götürülərək, valideynlər günahlandırılırdı. Amma etiraf edək ki, ətraf mühitin uşaqlara təsiri böyükdür.

Bəs cəmiyyətdə, şagirdlər arasında zombiləşmənin, qatil olacaq həddə çatması nədən qaynaqlanır?

Şagirdləri ələ almaq, onları doğru yola çəkmək niyə mümkünsüz hala gəlib?

Ulusum.az olaraq bu və digər sualların cavabını psixoloq Aytən Ələkbərova ilə aydınlaşdırdıq. Müsahibimiz maraqlı faktları açıqladı:

"Bir neçə il bundan öncəki yeniyetmələr baxaq və bu günün yeniyetməsinə baxaq. Təbiidir ki, yeni gənc nəslin nümayəndələri daha çox inkişaf edirlər. Daha çox deyərdim ki, bilikləri olduğu halda belə, davranışlarında bunları göstərə bilmirlər.

Təcrübələrimə əsasən əminliklə deyə bilərəm ki, ən böyük yanlışlıq məktəb psixoloqlarının fəaliyyətindədir.
Siniflərə daxil oldu, davamiyyəti yoxladı, vəssalam. Amma fərdi söhbətlərdən uzaq olurlar"
.

Valideynlər praktik psixoloq axtarırlar...



Hazırda praktik psixoloqlara tələbat xeyli artıb. Bunun səbəbi nədir?

"Bu gün bir məktəbin psixoloqu olduğu halda, nəyə görə bir valideyn praktik psixoloqa müraciət edir və öz cibinə də ziyan edir. Halbuki dövlət təhsil müəssisələrində psixoloqlar fəaliyyət göstərir. Amma bu təəssüflər osun ki, formal xarakter daşıyır. Əslində, indiki zəmanədə informatika boluğu şəraitində psixoloqların üzərinə böyük yük düşməlidir. Uşaqlarla, yeniyetmələrlə daim ünsiyyətdə olmalı onların problemlərini, niyyətlərini qabaqcadan müəyyən etməlidir".


Yaxın günlərdə məktəbdə baş vermiş tükürpədici hadisənin psixoloji aspektləri nədən ibarətdir?

"Bu hadisə məni də dərindən sarsıtdı. Hadisənin üzərindən bir aya qədər vaxt keçsə də hələ də həmin hadisənin, həmin məktəb mühitində çalışanların məsuliyyətsizliyi məni narahat edir. Əgər məktəbin psixoloqu o yeniyetməni vaxtında dinləyib də arasındakı olacaq münaqişəni çözə bilsə idi hadisə baş verməzdi. Əslində, düşünmürəm ki, qanlı hadisə həmin an meydana gələn mübahisədən qaynaqlanıb. Görünür, uzun müddətdir yeniyetmələr arasında qıcıqlandırıcı mübahisələr olub, bu da nəhayətində düşmənçilik hətta qarşı tərəfi məhv etmə istəyinin formalaşmasına gətirib çıxarıb. "Bıçaq sümüyə dirənən"də isə məlum hadisə baş verib.
Söz yox ki, məktəbin psixoloqu yeniyetmə ilə fərdi söhbət aparsaydı, onu bu niyyətindən daşındıra bilərdi".


Psixoloq həmçinin yeniyetmə yanaşma tərzinə də toxunub:

"Yeniyetmənin sadəcə olaraq sən ailəndə tərbiyə görməmisən, cəmiyyət üçün yararsızsan, səni məktəbdən uzaqlaşdırmaq lazımdır, kimi yanaşmalardan qaçmalıyıq. Nəzərə alınmalıdır ki, vaxtilə çox ailələr olubdur ki, vaxtilə ailə olaraq tam formalaşmayıb, amma onların övladları məktəbdə gözəl formalaşır. Kim tərəfindən? Məktəbin müəllimləri tərəfindən, bəzən sinif rəhbərlərinin göstərdikləri hər hansı bir qayğının nəticəsində böyük bir uçurumdan xilas olub. Bu gün isə sadəcə olaraq repititorlar bir tək düşüncə gedir. harda, hansı uşaq görürəm bu mənim sinfimdən də hazırlaşdırım. Amma uşağı dinləmək, nə istədiyini bilmək istəmir. Bax, məsələnin əsli buradan başlayır. Yeniyetmənin nə istədiyini öyrənmək və ona onun istəyini düzgün yola istiqamətləndirmək vacibdir".

Yeniyetmələr praktik psixoloqa nə vaxt müraciət edirlər?


"Pasientlərim arasında yeniyetmələr üstünlük təşkil edir. Onlar nə vaxt özlərini çox insan arasında tənha hiss edirlər, heç kimin onları anlamadığını. başa düşmək istəmədiyini düşünəndə praktik psixoloq axtarırlar. İstər qız, istərsə də oğlan fərq etmir. Düşünürəm ki, cəmiyyətin böyük problemi hazırda onların psixologiyası ilə bağlıdır. Onlar bəzən normal düşüncədə olan insanları, uşaqları anlamaq istəmir, digər tərəfdən həndəvərindən çıxanları isə qınaq obyektinə çevirmək yerinə səssiz qalırlar. Sosial verilişlərdə gənclərin başına gələcək hadisələri gördük. Məsələn, bir qızın yumurtanı digər qızın başında sındırması... amma ortaya hansı səbəblər çıxdı? Səssiz qaldıq. Bir gün danışdıq, iki gün danışdıq, sonra sükut...

Deyək ki, cəmiyyət olaraq, məktəb olaraq etiraf edilmədi ki, bu məktəbin psixoloqu bunu bacarmır.

Mənə dəfələrlə təklif edirlər ki, siz praktik olaraq bunları görüb düzgün şəkildə ayırd edə bilirsiniz. Bəlkə bizim məktəbə gələsiniz."


Psixoloqdan təklif
"Təbiidir ki, biz oradan heç bir təmənna güdmərik. Söhbət Azərbaycan cəmiyyətinin Azərbaycan gəncindən, Azərbaycan yeniyetməsindən gedirsə, biz orda nəyisə gözləmirik ki, həmin anda daha çox bizim yanaşma tərzimizdə. O yeniyetmənin ilk olaraq psixi xüsusiyyəti, psixi temperameti, hətta onun qan qrupuna qədər araşdırdığımız zaman psixo diaqnostika da artıq onun biz şüur altında nələr olub, nələri icra edəcəyini öncədən bildiyimiz halda ona uyğun olaraq beynini proqramlaşdırır, bu da sabah bu cür hadisələrlə qarşılaşmalar olmur".

Psixoloq həmçinin qeyd edir ki, yeniyetmələr son dərəcə həssas olurlar. Onlar qarşısındakı müəllimin, yaxud psixoloqun onu anlamadığını, və ya qınadığını anlayanda səmimi söhbətdən qaçır, dərdini söyləmək istəmirlər.

"Biz demirik ki, tamamilə hər şeyə icazə veririk. Yox, əsla. Amma hər bir yeniyetmənin sosial varlıq olduğu kimi, bioloji varlıq olduğunu da unutmayaq ki, bu gün bədəninin tələbləri istər, onun anatomik quruluşunda gedən dəyişikliklərə özünün reaksiya verilməsi, özünü bəyənməsi və yaxud özünü bəyənməməsi. Şəxsiyyətin böyüdülməsi və yaxud kiçildilməsi 15-25 yaş arasıdır. Biz bilirik ki, eyni zamanda şəxsiyyət bunun dərhal özünü göstərən bir dövrü, yəni hansı ki, qapısı pəncərəsi bilinmir hansı zaman gəlir. İkincisi, sinifdə psixoloji xəritəni hazırlayarkən o uşağın psixoloji durumu haqqında ilkin psixoloji rəyin yazılmasına biz sabah onu yeniyetməliyini rahatlıqla görə bilirik. Amma təəssüflər olsun ki, bu gün onu məktəb psixoloqları etmirlər."

Ümid edirik ki, Ulusum.az-ın üzə çıxartdığı bu problem bundan sonra diqqətdə saxlanılar, yeniyetmələrin psixoloji durumuna daha həssaslıqla yanaşılacaq.
Mövzuya qayıdacağıq.

Aymirə Ağamirova
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: