“Onlar boşanmış qadınları YOLDAN ÇIXARIRLAR”

Son vaxtlar sosial şəbəkələrdə bəzi psixoloqların boşanmış və ya boşanmaq istəyən qadınlara tamamilə yanlış yol göstərdiyi ilə bağlı iddialar səslənir. Onlar psixoloqların qadınları səhv addım atmağa sövq etdiyini bildirirlər.
Ulusum.az bildirir ki, məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova bu cür psixoloqların kifayət qədər çox olduğunu bildirib:
"Son dövrlər boşanmaların sayının artması ilə qeyri-peşəkar "psixoloqlar" da artıb, mən onları psixoloq belə adlandıra bilmirəm, onlar sadəcə danışmaqla insanları yanlış yola aparırlar. Bu da ondan irəli gəlir ki, həmin şəxsin özünün əxlaqı keyfiyyətləri formalaşmayıb.
Boşanmaq niyyəti olan xanımın müraciətində öncə onun psixi xüsusiyyətini müəyyən edirik, biz onun psixi xüsusiyyətinə görə, onu narahat edə biləcək problemi tapıb önyarğıya çəkirik".
A.Ələkbərova bildirib ki, öncə pasiyentin psixi durumuna baxılmalı, daha sonra ona düzgün yol göstərilməlidir.
Onun sözlərinə görə, 85 faiz hallarda boşanmaq istəyən pasiyentlərini bu fikirdən döndərə bilir:
"Bu gün 3 uşağı olan qadın boşanmaq qərarına gəlirsə, əvvəlcə bilmək lazımdır ki, problem nədir. Əgər səni yoldaşının kobud rəftarı narahat edirsə, nəzərə almalısan ki, sabah boşansan 3 uşağı damın altında qoyub gedib haradasa çalışmalısan ki, o uşaqlara baxa biləsən. Hansı daha çətindir? Biz gələn insana bu sualı veririk.
Bu sualları verdikdən, qarşımızdakı şəxsin psixoloji temperamentini öyrəndikdən sonra ona yardım edirik. 26 ildir ki, bu peşədəyəm. Yanıma boşanma ilə bağlı gələn pasiyentlərin 85 faizinə ailəni möhkəmləndirməyi məsləhət görmüşəm. Ailədə qalıb bir-birinizi tanıdıqca, bir-birinizin psixi xüsusiyyətlərinə alışdıqca, ortada yaranan konfliktləri dərk edərək qəbul etdikdə boşanma ehtiyacı azalır. Yanıma gələn pasiyentlər bunu anladıqca, boşanmadan vaz keçirlər. 85 faiz hallarda bu, belə olur. Digər 15 faiz isə vaz keçmir, çünki buna ciddi səbəblər olur: ya o şəxsiyyət pozuntusundan əziyyət çəkən birinin yanındadır və ya həyat yoldaşı narsist, narkoman, iqraman, kliptoman biridir. Bu kimi hallarda həmin şəxsin yanında qalıb sabah hansısa faciənin baş verməyini gözləmək lazım deyil. Belə situasiyalarda artıq çıxış yolu yoxdur və boşanma mütləqdir. Amma sıradan səbəblərdən ötrü buna gərək yoxdur.
Bəzən elə qadınlar gəlir ki, deyir sizdən əvvəl başqa psixoloqda oldum, dedi ki, ailəni dağıtma, amma sənin də yaşamağa haqqın var. Baxın, öz əxlaqını formalaşdıra bilməyən biri, sabah övladlarına necə tərbiyə verəcək".

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:30
Əvvəlki nikahdan olan uşaq nəyə iddia edə bilər?
Sağlamlıq
Dünən, 19:30
Endometrioz – Səssiz ağrının adı
İdman
Dünən, 18:00
Teymur Rəcəbov güclülərlə bir arenada
Cəmiyyət
Dünən, 17:40
Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti
İdman
Dünən, 17:30
Messi Futbol Tarixində Zirvədə
Mətbəx
Dünən, 17:00
Niyə kərə yağında bişirilmiş şirniyyat zərərlidir?
Populyar Xəbərlər
Aysel Xanlarqızı Beynəlxalq Ədəbiyyat Mükafatına Layiq Görüldü
Kişi evləndikdən sonra kimi seçməlidir: ananı, yoxsa həyat yoldaşını?
Jerar Depardye cinsi təcavüzdə təqsirli bilindi: Paris məhkəməsindən şərti cəza
Tekirdağda Görməli Yerlər: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Unudulmaz Səyahət FOTO/VİDEO
Bakı Qlobal Dəb Səhnəsində – MBFW Azerbaijan İşıqları Yandırdı! - FOTO
Saakaşviliyə Ukraynanın agenti statusu verildi