14-05-2025, 20:00 0 Dünya

Saakaşviliyə Ukraynanın agenti statusu verildi

Saakaşviliyə Ukraynanın agenti statusu verildi
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili öz vətəninə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən qaytarılıb.

Papuaşvilinin sözlərinə görə, Saakaşvili 2021-ci ildə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdən iki gün əvvəl ölkəyə qayıdıb və onun əsas məqsədi seçki nəticələrindən sonra inqilabi proseslərə başlamaq olub. Lakin o, vaxtında saxlanılıb və sonradan həbs edilib. Bu barədə TASS məlumat yayıb.

Papuaşvili əlavə edib:

"Ukraynanın hərbi kəşfiyyat xidməti Mixeil Saakaşvilini xama qabında gizli şəkildə Gürcüstana göndərib. Onun üçün seçkilərdən sonra başlayacaq inqilabi proseslərin ssenarisi hazırlanmışdı. Tarixi ardıcıllıq üçün onu da qeyd etmək lazımdır ki, Saakaşvili gizli şəkildə Gürcüstana gəlməzdən bir neçə gün əvvəl xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə Brüsselin dəhlizlərində dolaşır və görüşlər keçirirdi."

✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: