"Vüsal(-ın) gecəsi"... FOTOLAR
Şəhidliyə aparan yol - Vətən sevgisi
Böyük arzusu hərbçi olmaq, Vətənə layiqli xidmət göstərmək idi. Bu keçici bir həvəs deyildi, zaman keçdi hərbçi oldu, yetmədi, əzmlə çalışaraq Hərbi Ali məktəbə qəbul oldu, "Kəşfiyyatçı" ixtisası üzrə...
Vətənimizin bütün dünyaya öz hünər göstərdiyi günlərdə ən uca zirvə olan Şəhidlik zirvəsinə adını iri hərflərlə yazdı şəhidimiz..
Şəhid kəşfiyyatçı leytenant Vüsal Cəsarət oğlu Muradov
Ulusum.az-ın məlumatına əsasən, 19 may 1999-cu ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Əslən Ağdam rayonundan olan Vüsal hələ uşaq yaşlarından doğma ərazilərimizin işğalı ilə barışmırdı. Bir gün həmin torpaqlarımızın azad olunacağına əmin olan şəhidimiz bunun üçün canından keçməyə hazır idi. Bu niyyəti onu əsl hərbçi kimi yetişməsinə gətirib çıxardı. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil aldı. IV sinif Kursantı olanda - 2020-ci ilin sentyabrda II Qarabağ müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı.
Beləliklə, Ordumuzun kiçik leytenantı Vüsal Muradov Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşır. Döyüş zamanı xüsusi şücaət göstərir, düşmənə nifrət, Vətənə sonsduz sevgi onun qüdrətinə qüvvət verir, xüsusi əzmkarlıqla döyüşür, bu ruh yüksəkliyini döyüş yoldaşlarına da aşılayır, onların bir an belə inamsızlığa qapılmasına imkan vermirdi. Axı qələbə qazanacağımıza əmin idi, o inanırdı ki, bu dünyada Haqq yerini tapmalıdır, bunun başqa adı yoxdur, Ali Baş Komandanın yerində verilən strateji və taktiki tapşırıqları vaxt itirmədən icra edən hər bir əsgərimiz düşünmədən bir saniyə belə itirmədən onu xüsusi həssaslıqla icra etməyə köklənmişdi. Onlar əmin idilər ki, yalnız bu zaman Qələbə qazanacağıq, qan tökmək bahasına olsa belə... Adı kimi özü, arzuları da nikbin olan Vüsal oktyabrın 29-da Hadrutun azad edilməsi zamanı Şəhadətə yüksəlir... Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunan şəhidimizin başlıca arzusu Vətənimizi azad görmək idi. İndi Vüsalın ruhu şaddır, çünki Azərbaycan tamamilə müstəqilliyinə qovuşdu.
Şəhid ölmür! Yaşayır və yaşadır!
Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vüsal da belə etdi, cismən bizimlə olmasa da, ruhən bizimlədir, bütün Şəhidlərimiz kimi.. Vüsal Muradov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.
Xalqımız bu mərd oğulları heç vaxt unutmur, Şəhid adının çəkilməsi yetər ki uşaqdan tutmuş böyüyə hər kəs adını ehtiramla yad etsin, ruhuna dualar oxusun... Çünki onlar həyatını heçə sayıb, ölümü gözə alıb sinələrini qabağa verərək Vətənin müdafiəsinə qalxan igidlər oldu.
Vüsalsız “Vüsal gecəsi”
Azərbaycan xalqı qədirbilən xalqdır, amma söhbət Şəhidlərimizdən gedərkən bu həssaslıq birə-beş artır, şübhəsiz.
Vətənpərvərlik sadəcə torpaq uğrunda canını fəda etmək deyil, hər kəsin qibtə edəcəyi tərbiyə nümayişidir, axan suları duruldan ən uca məqamdır. Necə ki Vüsal ucaldı...
İndi Vüsalsız "Vüsal gecəsi"nə yığışıb hamı, ailə üzvləri, dövlət məmurları, sənətkarlar, ictimaiyyət nümayəndələri..
Onun 25 illik xatirəsinə həsr olunan “Vüsal gecəsi” adlı bədii ədəbi musiqili gecəsi tədbir iştirakçılarını kövrəltməklə yanaşı həm də qürurlandırdı... Sözügedən tədbirdə ictimaiyyətə vacib mesaj ötürüldü.
"Vüsal gecə"sinin təşkilatçısı Qabil Ədalət şəhidin öz hərbi geyimində səhnəyə çıxdı. Şəhidin anası Kəmalə xanıma yazdığı “Başına dönüm” şeiri ilə çıxış etdi. O, xanımın əlindən tutub səhnəyə çıxararaq, başından qara yaylığı açıb, yerinə xanımlıq rəmzi olan yaşıl kəlağayını örtdü. Cəmiyyətə bir mesaj olan bu addım gurultulu alqışlarla qarşılandı.
Cənnətdəki yaşın mübarək, ŞƏHİDİM!
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
25-05-2024, 18:50
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
9-05-2024, 11:45
Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
3-05-2024, 14:20
3 May - Türkçülük Günüdür.. Hələ 80 il bundan öncə qardaş Türkiyənin paytaxtı Ankarada baş vermiş ideoloji hadisələrdən
10-05-2024, 01:00
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Ulusum.az-ın məlumatına görə, Heydər
16-05-2024, 21:00
Bu gün “Nizami” Kino Mərkəzində Türkiyənin və Azərbaycanın bir qrup şəhid ailəsinin, rəsmi şəxslərin, ictimaiyyət
Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 13:33
Macarıstan Ukrayna ilə sərhəd yaxınlığında hava hücumundan müdafiə sistemi quraşdıracaq
Maraqlı
Bu gün, 12:14
Qripin qarşısını tez zamanda necə almaq olar?
Cəmiyyət
Bu gün, 12:10
İran BMT-nin Baş Assambleyasında ölüm hökmünün dayandırılmasının əleyhinə səs verib
Hadisə
Bu gün, 12:09
Palmira şəhəri yaxınlığında İsrailin hava hücumu nəticəsində 10 Suriya əsgəri həlak olub
Cəmiyyət
Bu gün, 10:51
Tramp Baydenin ATACMS qərarını nəzərə alaraq Rusiya Federasiyası ilə danışıqlara başlaya bilər
Hadisə
Bu gün, 10:07
İsrail ordusu Livanın sahil bölgələrində Hizbullahın iki səhra komandirinin məhv edildiyini açıqlayıb
İqtisadiyyat
Bu gün, 10:00
Bayden administrasiyası Ukraynaya 275 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib
Hadisə
Bu gün, 09:54
Baltik dənizinin dibində kabelləri zədələməkdə şübhəli bilinən şəxsin Rusiya vətəndaşı olduğu üzə çıxıb
Populyar Xəbərlər
İran XİN: "Culfa ilə Naxçıvan arasında sərnişin daşımaları üçün sərhədin açılması məsəsləsini diqqətdə saxlayırıq"
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Baş ağrısını kəsən təbii yollar
Baltik dənizinin dibində kabelləri zədələməkdə şübhəli bilinən şəxsin Rusiya vətəndaşı olduğu üzə çıxıb