“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” adlı ədəbi-bədii GECƏ - FOTO Eksklüziv

Bu gün “Nizami” Kino Mərkəzində Türkiyənin və Azərbaycanın bir qrup şəhid ailəsinin, rəsmi şəxslərin, ictimaiyyət nümayəndələrinin, o cümlədən QHT və KİV təmsilçilərinin, yazarların iştirakı ilə “Şəhidi şəhidimiz, bayrağı bayrağımız” adlı ədəbi-bədii gecə keçirilib. Azərbaycan və Türkiyə Dövlət himnlərinin səsləndirilməsindən sonra tədbirin aparıcısı, şair-publisist Əkbər Qoşalı qardaşlıq, “Şuşa Bəyannaməsi” ilə ən yüksək səviyyəyə qaldırılan Azərbaycanla Türkiyənin sıx əməkdaşlığının ulu babalarımızın ruhunu şad edən, gənc nəslə yol göstərən faktor kimi şərh edib.
Ulusum.az xəbər verir ki, təşkilatçı qurumlar adından çıxış edən “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB-in) sədri Arzu Bağırova rəhbəri olduğu ictimai birliyin daim şəhid ailələri, qazilər, gənclər, yazarlarla sıx təmasda olduğunu, müxtəlif layihələr, aksiyalar həyata keçirdiyini vurğulayıb.
O, RHİMİB-in fəaliyyətində yalnız respublikamızın regionlarının əhatə olunmadığını, eləcə də, qardaş ölkələrin regionları, uyğunprofilli qurumlarla işbirliyinə önəm verildiyini deyib:
“Biz qürur hissi ilə vurğulayırıq ki, RHİMİB olaraq fəaliyyətimiz şəhid ailələrimiz, qazilərimiz, gənclərimizlə, eləcə də, maarifləndirmə işi, təhsil, ədəbiyyat, mədəniyyət-sənətlə, habelə Türk dünyası ilə sıx bağlı olub.
Bu gün Kırşəhirli şəhid ailələrini birləşdirən ictimai birliyin rəhbərləri və fəalları bizimlədir. Kırşəhirli qardaş-bacılarımızın bir çoxu Azərbaycana ilk dəfədir gəlib. “Şəhidi şəhidimiz, bayrağı bayrağımız” adını təsadüfən seçməmişik və demək istəyirik ki, Şəhidlərimiz ölmədi, Vətənlərimiz bölünmədi!”
“Kırşəhir Şəhid Ailələri Sosial Yardımlaşma və Dayanışma Dərnəyi” İctimai Birliyinin rəhbəri Mutlu Kılıçaslan Azərbaycana ilk dəfə olduqlarını qeyd edib. O, ölkəmizlə işbirliyinin yalnız onların ailə üzvü olan şəhidlərin deyil, eyni zamanda Qafqaz Türk-İslam Ordusunun tərkibində 1918-ci ildə Azərbaycan naminə döyüşərək şəhid olmuş 32 Kırşəhirli hərbçinin timsalında bütün dönəm şəhidlərimizin ruhunu şad etdiyini söyləyib.
Mutlu Kılıçaslan şəhid ailələrinin birlik və bərabərliyi, həmrəyliyi istiqamətində qarşılıqlı işbirliyinə diqqət çəkib.
Daha sonra millət vəkilləri – Aydın Hüseynov, İlham Məmmədov, Türk Ədəbiyyatı Vəqfinin başqan müavini, yazıçı-publisist İmdat Avşar, Kərküklü araşdırmaçı-yazar Dr. Şəmsəddin Kuzəçi, “Kırşəhir Şəhid Ailələri Sosial Yardımlaşma və Dayanışma Dərnəyi”nin İdarə heyətinin üzvü Müqəddəs xanım Ülkər, Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, 34 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, şəhid qardaşlar Nurlan və İntiqam Əsgərlilərin anası, Masallının Viləş kənd sakini Ziba Əsgərova və b. çıxış ediblər.
Bədii hissədə Xalq artistləri – Gülyanaq və Gülyaz Məmmədova bacıları, Simarə İmanova, hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, istedadlı gənc ifaçılar – Kamilə Nəbiyeva, Ramal Əzimov, tanınmış sənətçi Fərahim Sadiqin başçılıq etdiyi “Öncə Vətən” musiqi qrupu və digərlərinin çıxışları tədbirin daha da maraqlı keçməsinə səbəb olub.
Qeyd edək ki, tədbir “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi, “Gözəl Yaşam Mərkəzi” və “Kırşəhir Şəhid Ailələri Dərnəyi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Sonda təşkilatçı qurumlar arasında qarşılıqlı hədiyyələr paylanıb.
Rübabə SAHİB

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:45
Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi
Dünya
Dünən, 19:55
Qətərə zərbə sonrası Türkiyədən sərt bəyanat
Dünya
Dünən, 19:39
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə