22-05-2024, 18:47 0 Gündəm / İqtisadiyyat

"Ən yüksək pensiya hansıdırsa, onu təyin edəcəyik"

"Ən yüksək pensiya hansıdırsa, onu təyin edəcəyik"
Vətəndaşın eyni anda iki hüququ yaranarsa, misal olaraq, həm ailə başçısını itirməyə görə, həm də yaşa görə pensiya almaq hüququ yaranırsa mövcud qanunvericiliyə əsasən bir pensiyadan digərinə keçid yalnız onun yazılı müraciətindən sonra baş verə bilər.

Ulusum.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib.

“Biz də ən yüksək pensiya hansıdırsa, onu təyin edəcəyik. Bu təqribən ilə 6-7 min insanı əhatə edir. Bəzən heç onların məlumatı da olmur ki, onların iki hüququ var. Məsələn, yaşa görə pensiyasını alır və başa düşmür ki, həyat yoldaşı vəfat etdikdən sonra onun pensiyasının şamil olunması ilə pensiya məbləği artırıla bilər. Vətəndaşın məlumatı olmasa da, “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişiklə bunu elektron qaydada təmin edəcəyik”,- deyə o bildirib.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: