Bu gün, 09:00 0 Dünya

Zelenski Putinin ultimatumunu rədd etdi

Zelenski Putinin ultimatumunu rədd etdi
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın sülh sazişi müqabilində Donetsk vilayətinin bütün ərazisini təhvil vermək təklifindən imtina edib. Bu barədə Reuters mənbələrə istinadən xəbər verib.

Agentliyin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə danışıqlar zamanı “cəbhə xəttinin böyük hissəsini dondurmağı” təklif edib. Şərt isə Kiyevin Donetsk vilayətinin tamamilə verilməsi olub.

Zelenski isə Alyaskada keçirilən sammitdən sonra Tramp ilə söhbətində bu tələbi rədd edib.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: