15-05-2024, 16:31 0 Gündəm / Hadisə

Meyiti tapılan qadın DƏFN EDİLDİ - VİDEO EKSKLÜZİV

Meyiti tapılan qadın DƏFN EDİLDİ - VİDEO EKSKLÜZİV
Ötən gün Lənkəran şəhərində torpağa basdırılmış şəkildə meyidi tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002 - ci il təvəllüdlü Könül Ramin qızı Ağayeva bu gün doğulduğu kənddə dəfn edilib.

Ulusum.az-ın məlumatına görə, Könül Ramin qızı Ağayeva bu ilin martın 2-dən itkin düşmüşdü.

Nənəsinin hadisə sonrası verdiyi açıqlamaya görə isə Könül ailəli olub ayrılmışdı. Kollec təhsilli xanım İşləmək üçün Lənkərana yollandıqdan 2 - 3 gün sonra ondan heç bir xəbər almaq mümkün olmamışdı. Onun itkin düşməsi barədə yaxınları polisə müraciət etmişdilər. Ötən gün isə onun meyidi Lənkəran şəhər Z.Tağıyev küçəsi döngə 1 ünvanında aşkar edilmiş və fakt üzrə cinayət işinə başlanmışdır. Qeyd edək ki, mərhum haqqında yaxınları hər hansı müsahibə verməkdən qəti imtina etdilər. Yəqin ki, hadisənin bütün təfərrüatları tezliklə məlum olacaq.

Eltun Məmmədov

Diqqət Çəkənlər
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: