22-04-2024, 09:00 0 Gündəm / Siyasət

ABŞ Ukraynaya hərbi yardım GÖNDƏRƏCƏK - EKSKLÜZİV

ABŞ Ukraynaya hərbi yardım GÖNDƏRƏCƏK - EKSKLÜZİV

Rəsmi Vaşinqton Ukraynaya hərbi yardım göstərməkdə davam edəcək.

ULUSUM.az-ın ABŞ Bürosunun verdiyi məlumata əsasən, Pentaqon bu ölkəyə növbəti hərbi təchizatının böyük bir hissəsini əvvəlcədən hazırlayıb. Sadəcə büdcə hesablamaları ilə əlaqədar olaraq çatdırılma yubanıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasından bildirilib ki, konqresde səs çoxluğu Kiyevə yardımı dəstəkləyir. 

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib.

Dondurulmuş Rusiya aktivlərinin Ukraynaya təhvil verilməsini, həmçinin Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsini özündə ehtiva edən hərtərəfli qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilməsi üçün lazımi sayda səs toplayıb. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.

Münəvvər Vahabova

Ulusum.az-ın ABŞ Bürosu



Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: