22-04-2024, 10:36 0 Gündəm / Siyasət

Parlament seçkilərinin ilkin nəticələri BƏLLİ OLDU

Parlament seçkilərinin ilkin nəticələri BƏLLİ OLDU

Maldiv adalarında parlament seçkiləri ilkin nəticələri açıqlanıb.

ULUSUM.az bildirir ki, bu barədə Maldiv Seçki Komissiyasıməlumat yayıb. Hazırda prezident Məhəmməd Muizzunun Xalq Milli Konqresinin partiyası liderlik edir. Ümumilikdə 93 yer uğrunda mübarizənin 86-sı müəyyənləşib. Konqres 86 mandatdan 66-nı qazansa da qalan 7 yerin nəticələrini gözləmədən qələbəni bayram ediblər. Parlamentdə hazırda çoxluğa sahib olan Maldiv Demokratik Partiyası (MDP) cəmi 10 yer qazana bilib.

Qeyd edək ki, əhalisi 500 mindən çox olan Maldiv adalarında 280 mindən çox seçici səsvermədə iştirak edib. Keçən ilin sentyabrında prezident seçilən və çinyönlü siyasət yürüdən Muizzu üçün parlament seçkiləri vacib sayılır. Parlamentdə Hindistanyönlü MDP-nin üstünlük təşkil etməsi prezident üçün böyük maneə yaradır.

Xatırladaq ki, 6 aprel 2019-cu il parlament seçkilərində Maldiv Demokratik Partiyası 65 mandat qazanaraq qalib olub.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: