Bu gün, 19:00 0 Dünya

Eks-baş nazirə lobbiçilik qaydalarını pozmaq ittihamı

Eks-baş nazirə lobbiçilik qaydalarını pozmaq ittihamı
Böyük Britaniyanın sabiq baş naziri Boris Conson postunu tərk etdikdən sonra öz əlaqələrindən və təsir imkanlarından şəxsi gəlir üçün istifadə edib. Bu barədə The Guardian ABŞ platforması Distributed Denial of Secrets-in məlumatlarına istinadla yazır.

Nəşrin iddiasına görə, Conson bu davranışla Birləşmiş Krallıqda yüksək dövlət vəzifəsi tutmuş siyasətçilərə tətbiq olunan etik normaları və lobbiçilik qaydalarını pozmuş ola bilər.

Məlumatlarda qeyd olunur ki, sabiq baş nazir, digər məsələlərlə yanaşı, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmana çıxmaq üçün yüksək vəzifəli bir səudiyyəli rəsmidən istifadə etməyə çalışıb. Məqsəd isə ona konsaltinq şirkətinin xidmətlərini təklif etmək olub.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: