Türkiyə XİN: "Ankara fələstinliləri qorumaq NİYYƏTİNDƏDİR"

Türkiyə Qəzzada atəşkəs üçün çalışmağa və Fələstin məsələsini öz dövlətini əldə edənə qədər fələstinliləri müdafiə etməyə davam edəcək.
Ulusum.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Fələstin xalqına qarşı törətdiyi bağışlanmaz cinayətləri qınamaqda qətiyyətlidir. Türkiyə İsraili beynəlxalq arenada təcrid etmək üçün qəti addımlar ataraq yorulmadan çalışmaya davam edir. Buna görə də bəzi israilli siyasətçilər Türkiyəyə və Prezident Ərdoğana ən həyasız və əsassız şəkildə hücum edir.
İsrail hökumətinin siyasəti həm fələstinlilər, həm də israillilərin özləri üçün təhlükə yaradır. Türkiyə İsrailin Fələstin xalqına qarşı silah kimi istifadə etdiyi irqçi və ədalətsiz siyasətə qarşı gəlməyə davam edəcək. Türkiyə fələstinlilərin öz dövləti olana qədər onların haqq işini müdafiə edəcək”.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 21:00
Avropada vətəndaş müharibəsi riski 95%-ə çatdı!
İdman
Dünən, 16:30
Futbol millimiz Qarabağa getdi
Hadisə
Dünən, 16:00
Tanınmış kouç və psixoloq vəfat etdi
Dünya
Dünən, 14:30
Yəmənin paytaxtında partlayışlar qeydə alındı
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO