Uzunmüddətli münasibət üçün SINANMIŞ TAKTİKA
Əgər münasibətimin uzun davam etməsini istəyirəmsə, heç bir problem olmasa belə, altıncı ayda ayrılırdım. Yoxluğumu başa düşsün deyə. Hətta “Bax, mən getsəm, görərsən” taktikası ilə iki il davam edən münasibətim olub.
ULUSUM.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri 28 yaşlı aktrisa Hazal Subaşı Berfu Yenenlərin yutub kanalında yayımlanan verilişində qonaq olarkən deyib. Atakan Başsavcı ilə təxminən bir il münasibətdə olan Subaşı evlilik haqqında düşüncələrini də bölüşüb.
"Evliliyi beynimdə uşaqlarla əlaqələndirirəm. Amma bəlli olmaz", - kino ulduzu qeyd edib.
Psixoloji problemlərindən söz açan aktrisanın sözlərinə görə, işindən savayı hər şeyi təxirə salır:
"Aktrisa olmağı heç düşünməmişdim. Kamera arxasında olmaq istəyirdim. Rejissorluğa hələ də marağım var. Rol aldığım bir layihədə "Erik Dalı" mahnısında oynadığım səhnə internetdə yayıldı. "Moda"da hamı mənim haqqımda danışırdı. "Erik Dalı" mahnısında rol alıb məşhur olacağımı heç düşünməzdim. Mən heç vaxt komediya tipli bir rol oynamamışam. Çox istərdim, amma özümü gərgin hiss edə bilərəm".