8-05-2024, 12:30 0 Gündəm / İqtisadiyyat

Tovuzlu kümçülərə 150 qutu barama PAYLANILDI FOTO EKSKLÜZİV

Tovuzlu kümçülərə 150 qutu barama PAYLANILDI FOTO EKSKLÜZİV
Tovuzda kümçülərə 150 qutu barama qurdu paylanılıb.

Ulusum.az saytı xəbər verir ki, bu barədə Tovuz Rayon İcra Hakimiyyətinin mətbuat xidməti açıqlama verib.

Bildirilir ki. bu gün 150 qutu ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən 55 kümçüyə paylanılıb.

Cari ildə rayonun 35 yaşayış məntəqəsində ipəkqurdu bəslənəcək. Kümçülərin 6 ton barama istehsal edəcəyi gözlənilir.

Kümçülər onlara əvəzsiz olaraq barama qurdu verildiyinə və baramaçılığın inkişafına göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.

Aymirə Ağamirova
Tovuzlu kümçülərə 150 qutu barama PAYLANILDI FOTO EKSKLÜZİV


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: