Tarix dəyişdi: Nisgilin QƏLƏBƏ ilə əvəzləndiyi GÜN.. - EKSKLÜZİV

Uzun illər Qarabağımızın dilbər guşəsi olan Şuşanın işğal gününü böyük nisgillə, həsrətlə anırdıq..
Vətənimiz Qarabağsız. Şuşasız böyük sınaqlara çəkildi... Elə bir azərbaycanlı yoxdur ki, işğal illərində məğlubiyyətlə barışmış olsun. Hər bir azərbaycanlının iç səsində deyilirdi: "Bir gün qayıdacağıq.. mütləq qayıdacağıq!". Belə də oldu. Bu gün Şuşanın işğal olunduğu gündür. Həsrət geridə qaldı, amma tariximizi unutmayaq.
ŞUŞANIN İŞĞAL TARİXİ.
1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən, 289 kvadrat kilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı. Mayın 8-nə keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-dək davam edib, bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.
Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min insan öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.
İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan və Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Beləliklə, Şuşanın işğal edilməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.
ŞUŞA BU GÜN
Doma Şuşamız 32 il əvvəl buraxdığımız kimi deyil, hələ qısa vaxtda möhtəşəm bir şəhərə çevrildi.. əsrarəngiz təbiət qoynunda müasir, göz oxşayan Şuşamız. Bu gün istər yerli, istər xarici turistlər, diplomatlar Şuşanı görməyə tələsir.
Tarix dəyişdi. İndi Şuşanı ağrı-acı ilə deyil, fərəh hissi ilə, qürurla anırıq... Bu gün Şuşa öz sakinlərini sevgi ilə, bahar təravəti ilə qarşılayır.
Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışına çox az qalıb. Artıq Şuşaya ilk qayıdacaq 20 ailənin püşkü atılıb, adlar dəqiqləşib.
Şuşa sakinləri çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Beləliklə, bu günədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim olunub. Mənzillər 2, 3, 4, 5 otaqlıdır.
Bu gün Şuşa daimi sakinlərini qarşılayır..
Azadlığın Mübarək Şuşa!
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 15:30
İran Beynəlxalq Məhkəmədə – Fransadan Haqq Savaşı
Cəmiyyət
Bu gün, 14:00
“Narkomaniyaya və erkən nikaha yox deyək”
Mədəniyyət
Bu gün, 13:08
Söz körpüsü: Azərbaycan və Türkiyə ədəbiyyatı bir-birinə qovuşur - FOTO- VİDEO
Populyar Xəbərlər
Aysel Xanlarqızı Beynəlxalq Ədəbiyyat Mükafatına Layiq Görüldü
Kişi evləndikdən sonra kimi seçməlidir: ananı, yoxsa həyat yoldaşını?
Ağdamda yeni nəqliyyat kompleksi – Böyük Qayıdışa güclü dəstək
Krımın Ukraynaya verilməsi: Xruşşovun qərarının arxasında gizlənən həqiqət
Azərbaycanda Çin Dili Sürətlə Yayılır – Orta Məktəblərdə Tədris Olunacaqmı?
Jerar Depardye cinsi təcavüzdə təqsirli bilindi: Paris məhkəməsindən şərti cəza