Bakıda Birinci Autizm Maarifləndirmə Forumu keçirilib

İDDO Psixi Sağlamlıq Proqramı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşlığı çərçivəsində Yeni Klinikada I Autizm Maarifləndirmə Forumu keçirilib.
Forumda Milli Məclisin deputatları Nigar Məmmədova və Jalə Əliyeva, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli və digər mütəxəssislər iştirak ediblər.
Tədbirdə autizmli fərdlərin cəmiyyətə inteqrasiyasının vacibliyi, erkən diaqnostikanın əhəmiyyəti və psixoloji yanaşmanın üstünlükləri müzakirə edilib. Tədbirdə, mövcud pedaqoji yanaşmanın uşaqlarda ilkin diaqnostikanın gecikməsinə səbəb olduğu, psixoloji yanaşmanın isə bu prosesi daha erkən həyata keçirməyə imkan verdiyi vurğulanıb.
Yeni yaradılacaq psixoloji yardım mərkəzləri mövcud sistemə müdaxilə etmədən, peşəkar diaqnostika imkanları ilə fəaliyyət göstərəcək. Forumda məqsəd, autizm haqqında maarifləndirməni gücləndirmək və sahədəki yenilikləri geniş auditoriyaya çatdırmaq olub.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 21:00
Avropada vətəndaş müharibəsi riski 95%-ə çatdı!
İdman
Dünən, 16:30
Futbol millimiz Qarabağa getdi
Hadisə
Dünən, 16:00
Tanınmış kouç və psixoloq vəfat etdi
Dünya
Dünən, 14:30
Yəmənin paytaxtında partlayışlar qeydə alındı
Dünya
Dünən, 14:00
ABŞ-ın birinci ledisindən Putinə çağırış - FOTO
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO