Dünən, 19:24 0 Gündəm / Hadisə

Keçmişə Sayğı, Gələcəyə Miras

Keçmişə Sayğı, Gələcəyə Miras
18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Bakıda “Heykəlləri qoruyaq!” şüarı altında “Təmiz heykəl” adlı layihəyə start verilib.

“Ulusum”.az xəbər verir ki, bu təşəbbüs, Azərbaycanın görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş heykəl və abidələrin təmizlənməsi və baxımlı saxlanılması məqsədini daşıyır.

Şəhərimizin küçələrində həyata keçirilən “Təmiz heykəl” layihəsi məni böyük sevincə boğdu. Abidələr sadəcə daşdan yonulmuş formalar deyil, tariximizin canlı şahidləri, yaddaşımızın simvollarıdır. Onlara göstərilən diqqət, həm keçmişə olan hörmətin, həm də gələcəyə qarşı məsuliyyətin təcəssümüdür.

Keçmişə Sayğı, Gələcəyə Miras

Küçələrdə heykəllərin təmizləndiyini görəndə, içimdə qəribə bir sevinc hissi oyandı — sanki tarix nəfəs alırdı. Hər birimiz bu abidələrin qarşısından keçərkən öz kökümüzü, kimliyimizi və unutmamalı olduğumuz dəyərləri xatırlamalıyıq. Uşaqların heykəllərin kimə məxsus olduğunu soruşduqda, onlara doğru cavab verə bilməyimiz, eyni zamanda özümüzün də bu biliklərə sahib olmamız çox vacibdir. Bu layihə həm də maarifləndirici xarakter daşıyır, insanları düşünməyə və öyrənməyə təşviq edir.



Tarixi şəxsiyyətlərin abidələrinə göstərilən diqqət, bir millətin öz dəyərlərinə, irsinə sahib çıxması deməkdir. Mən bu təşəbbüsü yüksək qiymətləndirirəm və belə gözəl layihələrin davamlı olmasını arzulayıram. Çünki bu layihələr yalnız heykəlləri deyil, eyni zamanda qəlblərdəki milli yaddaşı da təmizləyir. Gələcək nəsillərə tarixi şəxsiyyətlərimizi tanıtmaq və onların əməllərini xatırlatmaq baxımından da son dərəcə əhəmiyyətlidir. Əziyyət çəkib bu işləri həyata keçirən hər kəsə təşəkkür edirəm.






Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: