Avropa İttifaqından Britaniyaya sərt siqnal

Avropa İttifaqı Böyük Britaniyaya cinayət və qeyri-qanuni miqrasiya ilə bağlı mühüm məlumat bazalarına çıxış hüququ verməmək qərarına gəlib. Bu barədə The Times qəzeti məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Brüsselin bu qərarı Londonu məyus edib. Britaniya tərəfi bildirib ki, bu addım "xüsusilə qeyri-qanuni miqrasiya kimi sahələrdə əməkdaşlığı ciddi şəkildə çətinləşdirir".
The Times qeyd edir ki, həmin məlumat bazalarına çıxış Britaniyaya sığınacaq üçün müraciətləri daha operativ şəkildə qiymətləndirməyə imkan verəcəkdi.
Qeyd edək ki, mart ayının sonunda Böyük Britaniyanın, sığınacaq müraciəti rədd edilən miqrantların Balkan ölkələrinə deportasiyası imkanını araşdırdığı məlum olmuşdu. Bu çərçivədə Britaniya hökuməti Albaniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Şimali Makedoniya ilə deportasiya planlarını müzakirə etməyi planlaşdırır.
Bununla belə, The Timesın mənbələrinin bildirdiyinə görə, London sığınacaq axtaranları Ruandaya göndərmək niyyətindən vaz keçib. Halbuki əvvəlki Britaniya hökuməti miqrantların bu Afrika ölkəsinə deportasiyasını ciddi şəkildə təşviq edirdi.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Bu gün, 22:00
Niyə ilk uğursuzluqdan sonra geri çəkilirik və necə yenidən irəliləyə bilərik?
Maraqlı
Bu gün, 21:00
Krallıq ailəsində buzlar ərimir: Harri atasının onunla danışmadığını etiraf etdi
Texnologiya / Maraqlı
Bu gün, 19:00
Texnologiyada inqilab: Mask görmə qabiliyyəti olmayan şəxslərə işıq ümidini gətirir
Cəmiyyət
Bu gün, 18:41
“Təbii Qaymaq” Aldığınızı Sandınız? – Sosial Şəbəkələrdə Süni Süd Oyunu Aşkarlandı
Maraqlı
Bu gün, 18:01
Süni İntellekt və Astroloji Proqnozlar Fonunda: “Hindistanlı Nostradamus”un Müharibə Xəbərdarlığı
Dünya
Bu gün, 17:30
Avropa İttifaqından Britaniyaya sərt siqnal
Populyar Xəbərlər
Ufada Qələbə Gününə Həsr Olunmuş Teatr Tədbiri - FOTO- VİDEO
Müğənni Günəş estetik cərrahdan şikayətçidir: Çılpaq fotolarımı yayımladı - VİDEO
Sima Acan – Kanadada seçilmiş ilk türk əsilli deputat oldu
Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyin edilib
Hava Proqnozu 5 May 2025
Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 87 ili tamam olur - VİDEO