Bu gün, 14:00 0 Dünya

Kreml Zelenski ilə görüşün əvəzinə ABŞ-la oyun qurur – Politico

Kreml Zelenski ilə görüşün əvəzinə ABŞ-la oyun qurur – Politico
Rusiya lideri Vladimir Putinin Vladimir Zelenski ilə görüşməsi ehtimalı azdır. Bunun əsas səbəbləri Ukrayna prezidentinə “siyasi legitimlik” qazandırmaq istəməməsi və Kremlin ABŞ prezidenti Donald Trampla bağlı strategiyasıdır. Bu barədə Politico yazır.

Məqalədə qeyd olunur:

“Əvvəla, ukraynalı ilə ali səviyyədə görüş Zelenskiyə siyasi legitimlik qazandırardı, halbuki Kreml uzun müddətdir ki, onun belə bir legitimliyə malik olmadığını iddia edir”.


İkinci səbəb isə Rusiyanın ABŞ prezidenti Donald Trampla münasibətlərdə seçdiyi strategiya ilə bağlıdır. Politico-ya görə, Moskva görüş üçün öz şərtlərini irəli sürərək guya Trampı “burunla oynadır”, eyni zamanda ABŞ-ın sərt reaksiyasına və yeni sanksiyalara yol açmamaq üçün riskləri azaldır.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: