Bu gün, 12:30 0 Dünya

Rusiya Ukraynaya kütləvi zərbələr endirdi: ölənlər və yaralananlar var

Rusiya Ukraynaya kütləvi zərbələr endirdi: ölənlər və yaralananlar var
Ötən gecə Rusiya Ukraynaya kombinə olunmuş zərbələr endirib.

Kiyevdə: 4 nəfər həlak olub, ən azı 22 nəfər yaralanıb. Paytaxtda güclü yanğınlar var, 20-dən çox ünvanda dağıntılar qeydə alınıb. Birbaşa raket zərbəsi nəticəsində 5 mərtəbəli bina dağılıb, dağıntılar altında insanlar var. Həmçinin çoxmərtəbəli və fərdi evlər, avtodayanacaq, uşaq bağçası, ticarət mərkəzi və ofislər zədələnib.

Vinnitsa vilayətində: kritik infrastruktur hədəfə alınıb. Energetika obyektlərinə zərbə nəticəsində 29 yaşayış məntəqəsində 60 min abunəçi işıqsız qalıb. Bu səbəbdən dəmir yolu infrastrukturunda gecikmələr baş verib.

Zaporojyedə: şəhərin bir müəssisəsinə hücum nəticəsində yanğın başlayıb.

Dəmir yollarında: Rusiya Silahlı Qüvvələri mülki sərnişin qatarlarını hədəfə alıb – sürətli “Intercity+” qatar parkı zərbə altına düşüb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: