Bu gün, 11:00 0 Dünya

Trampın planı: Miqrantlar “qanlı” Angola həbsxanasına göndəriləcək

Trampın planı: Miqrantlar “qanlı” Angola həbsxanasına göndəriləcək
ABŞ-ın prezidenti Donald Trampın administrasiyası saxlanılan miqrantları Luiziana ştatındakı “Angola” adlı həbsxanaya yerləşdirməyi planlaşdırır. Bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ hökuməti bu müəssisədə təxminən 450 nəfərlik yer ayıracağını gözləyir və planın sentyabrda qüvvəyə minməsi nəzərdə tutulur.

Qeyd olunur ki, “Angola” ABŞ-ın ən böyük ciddi rejimli həbsxanasıdır və əvvəllər ölkənin “ən qanlı” türmələrindən biri kimi tanınırdı.

WSJ-nin məlumatına görə, miqrantların Luizianada yerləşdirilməsi Vaşinqtona qanunsuz miqrantlar üçün yeni mərkəz tikmək xərclərindən qənaət etməyə imkan verəcək.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: