Qəzzaya dəstək, İsrailə mesaj: Karni Fələstini tanıyacağını açıqladı

Kanadanın Baş naziri Mark Karni, İsrailin işğal altında saxladığı Qəzzada həyata keçirdiyi siyasətləri qınayaraq, sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstini dövlət kimi tanıyacaqlarını açıqlayıb.
Kanadanın Baş naziri Karni mətbuat konfransında verdiyi açıqlamada bildirib:
Karni həmçinin qeyd edib ki, on minlərlə fələstinli İsrail tərəfindən öldürülüb və minlərlə insan aclığın astanasındadır. O, Kanadanın İsrail hökumətinin Qəzzadakı vəziyyəti bu dərəcədə pisləşdirməsini qınadığını vurğulayıb.
Baş nazir iki dövlətli həll modelinə uzun illərdir sadiq olduqlarını, lakin gözlədikləri sülhü tapa bilmədiklərini, bu yanaşmanın artıq davamlı olmadığını düşündüklərini də bildirib.
Karni İsrail parlamenti Knessetdə İordan çayının qərb sahilinin ilhaqını nəzərdə tutan məskunlaşma planı kimi addımların sülh prosesinə zərbə vurduğunu deyib. O, həmçinin Qəzzada sürətlə pisləşən humanitar vəziyyətə və İsrailin ərzaq və digər əsas humanitar yardımların bölgəyə çatdırılmasına maneə törətməsinə diqqət çəkib.
O, həmçinin Fələstin rəhbəri Mahmud Abbasın 2026-cı ildə ümumi seçkilər keçirməyi vəd etdiyini xatırladaraq bildirib ki, Kanada Fələstin xalqının ehtiyaclarını ödəmək üçün əlavə 30 milyon dollar, işğal altındakı İordan çayının qərb sahilində sabitliyə dəstək məqsədilə isə əlavə 10 milyon dollar yardım ayıracaq.
Ulusum.az

“2025-ci ilin sentyabrında keçiriləcək BMT-nin 80-ci Baş Assambleyasında Fələstin dövlətini tanımağı planlaşdırırıq. Bunu etməyi düşünürük, çünki Fələstin rəhbərliyi uzun müddətdir ehtiyac duyulan islahatlara rəhbərlik etməyə sadiqlik göstərib.”
Karni həmçinin qeyd edib ki, on minlərlə fələstinli İsrail tərəfindən öldürülüb və minlərlə insan aclığın astanasındadır. O, Kanadanın İsrail hökumətinin Qəzzadakı vəziyyəti bu dərəcədə pisləşdirməsini qınadığını vurğulayıb.
Baş nazir iki dövlətli həll modelinə uzun illərdir sadiq olduqlarını, lakin gözlədikləri sülhü tapa bilmədiklərini, bu yanaşmanın artıq davamlı olmadığını düşündüklərini də bildirib.
Karni İsrail parlamenti Knessetdə İordan çayının qərb sahilinin ilhaqını nəzərdə tutan məskunlaşma planı kimi addımların sülh prosesinə zərbə vurduğunu deyib. O, həmçinin Qəzzada sürətlə pisləşən humanitar vəziyyətə və İsrailin ərzaq və digər əsas humanitar yardımların bölgəyə çatdırılmasına maneə törətməsinə diqqət çəkib.
“İsrail üçün dayanıqlı sülhə aparan istənilən yol, eyni zamanda yaşayış qabiliyyətli və sabit bir Fələstin dövlətinin mövcudluğunu və İsrailin bölünməz təhlükəsizlik hüququnu tanımalıdır,” – deyə Karni qeyd edib.
O, həmçinin Fələstin rəhbəri Mahmud Abbasın 2026-cı ildə ümumi seçkilər keçirməyi vəd etdiyini xatırladaraq bildirib ki, Kanada Fələstin xalqının ehtiyaclarını ödəmək üçün əlavə 30 milyon dollar, işğal altındakı İordan çayının qərb sahilində sabitliyə dəstək məqsədilə isə əlavə 10 milyon dollar yardım ayıracaq.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq