ABŞ-ın Maskdan qurtuluşu yoxdur – SpaceX əvəzolunmazdır

Ağ Ev Elon Musk-ın xidmətlərinə daha ucuz alternativlərin olub-olmadığını araşdırsa da, nəticə dəyişmədi: alternativ yoxdur, – deyə “Bild” nəşri yazır.
Wall Street Journal-ın məlumatına görə, SpaceX-in Pentaqonla imzaladığı müqavilələr əksər hallarda “əvəzolunmaz” sayılır. Onların ləğvi faktiki olaraq mümkün deyil.
Təkcə aprel ayında SpaceX ABŞ Müdafiə Nazirliyindən 5,9 milyard dollar dəyərində sifariş alıb – 28 uçuş, milli təhlükəsizliklə bağlı layihələri əhatə edir. Şirkət həm orbitə yeni peyklər çıxarır, həm də Beynəlxalq Kosmik Stansiyaya (BKS) ekipajlar göndərir.
Hazırda Crew Dragon – BKS-ə pilotlu uçuşlar üçün sertifikatlaşdırılmış yeganə Amerika kosmik gəmisidir.
Bundan əlavə, Starlink internet sistemi də dövlət orqanları üçün yüksək sürətli bağlantı baxımından rəqibsizdir. Hətta SpaceX kəşfiyyat xarakterli peyk missiyalarını da həyata keçirir.
Elon Musk ətrafında yaranan qalmaqallara baxmayaraq, ABŞ ilə SpaceX arasında işgüzar münasibətlər fasiləsiz davam edir.
Şirkətin prezidenti və əməliyyat direktoru Gwynne Shotwell son həftələrdə bir neçə dəfə hökumət nümayəndələri ilə görüş keçirib.
Yekun fikir sadədir: ABŞ hökuməti SpaceX-siz qala bilməz.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq