İran Starlink-i qadağan etdi – İstifadəyə görə həbs və cəza gözləyir

İran parlamenti ABŞ-ın SpaceX şirkətinə məxsus Starlink peyk interneti xidmətinin istifadəsini rəsmi olaraq qadağan edən qanun qəbul edib. Bu barədə ISNA agentliyi məlumat yayıb.
Yeni qanuna əsasən, daxili sertifikasiyadan keçməyən istənilən internet və kommunikasiya vasitələrinin – o cümlədən Starlink avadanlığının – istifadəsi, satışı, idxalı, istehsalı və yayılması "sistemə qarşı yönəlmiş niyyətlə" həyata keçirildiyi halda cinayət məsuliyyəti daşıyacaq.
Cəza tədbirləri arasında cəza cəriməsi, qamçılama və iki ilədək həbs cəzası nəzərdə tutulur. Bu barədə DPA agentliyi xəbər verir.
Qeyd olunur ki, İran hakimiyyəti əvvəllər də Starlink-ə rəsmi icazə verməyib və avadanlığın ölkəyə gətirilməsinə ciddi qadağalar tətbiq olunub. Lakin buna baxmayaraq, minlərlə vətəndaş dövlət senzurasını aşmaq üçün Starlink terminalını qara bazarda baha qiymətə əldə edib.
West Asia News Agency yazır ki, son iki ildə istifadəçi sayı sürətlə artaraq 2024-cü ilin fevralında 30 min nəfərə çatıb.
Jerusalem Postun analitiklərə istinadən verdiyi məlumata görə, hazırda İranda təxminən 20 min aktiv Starlink terminalı var. Hər biri qara bazarda 2000 dollardan baha qiymətə satılır – bu isə İranda orta aylıq maaşdan təxminən 20 dəfə artıqdır.
İyun ayının ortalarında, İsraillə 12 günlük münaqişənin qızğın dövründə, İran hökuməti ölkə üzrə interneti demək olar ki, tamamilə kəsmişdi. Bu barədə Bloomberg məlumat yayıb.
15 iyunda Elon Musk Starlink-in İran üzərində aktivləşdirildiyini bildirsə də, yerüstü terminallar olmadan bu siqnalın istifadə üçün heç bir faydası yoxdur, deyə Jerusalem Post vurğulayıb.
Tehran beynəlxalq ictimaiyyətdən Starlink xidmətinin söndürülməsi üçün yardım istəyib. 2024-cü ilin martında BMT-nin Tİ agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqının təyin etdiyi Radio Rabitə Tənzimləmə Şurası (RRB) bu məsələdə irəliləyişin olmamasından "dərin narahatlıq" ifadə edib.
RRB bildirib ki, İranda yalnız hökumət tərəfindən təsdiqlənmiş telekommunikasiya xidmətlərindən istifadə oluna bilər.
Ötən il isə bu qurum ABŞ-a Starlink terminallarını dərhal deaktiv etmək çağırışı etmişdi. ABŞ Dövlət Departamenti isə cavab olaraq bəyan edib ki, ABŞ informasiya azadlığını və telekommunikasiya vasitəsilə məlumat axınını dəstəkləyir, lakin İran bu prinsiplərə əməl etmir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 13:50
Hava proqnozu açıqlandı - Sabah leysan yağacaq
Cəmiyyət
Bu gün, 13:10
Almaniya bu vətəndaşları deportasiya edəcək
Cəmiyyət
Bu gün, 13:00
Brius Uillisin sağlamlıq durumu pisləşib: ailəsi hər gününü “hədiyyə” adlandırır
Cəmiyyət
Bu gün, 13:00
Azərbaycan motosikletçisi Gürcüstanda çempion olub
Cəmiyyət
Bu gün, 11:00
Qafqaz İslam Ordusunun tarixi zəfəri
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO