İran İsrailə qarşı üçüncü raket dalğasını başlatdı – müharibə dərinləşir!
İran İsrail ərazisinə raket hücumlarının üçüncü dalğasına başladı. Bu barədə İranın IRIB tele-radio şirkəti özünün Telegram kanalında məlumat yayıb.
“İranın raket hücumunun üçüncü dalğası başlayır”, – deyə məlumatda bildirilir.
Bundan qısa müddət əvvəl İsrailin 13-cü telekanalı xəbər vermişdi ki, İran ballistik raketlə Təl-Əvivin Kirya rayonunda yerləşən İsrail Müdafiə Nazirliyinin qərargahını vurub. Eyni zamanda, IRNA agentliyi yazmışdı ki, İranın buraxdığı bir neçə raket İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını hədəfə alıb.
Qeyd edək ki, iyunun 13-də İsrail İranın paytaxtı Tehranda yerləşən SEPAH qərargahına və bu ölkənin nüvə proqramının əsas obyektlərinə hava zərbələri endirmişdi. Həmin hücum nəticəsində SEPAH-ın komandanı Hüseyn Səlami və bir neçə nüvə alimi öldürülmüşdü. İsrailin baş naziri Benyamin Netanyahunun sözlərinə görə, bu hücum İranın nüvə infrastrukturu əleyhinə yönəldilmişdi.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO