Zelenski və Trump arasında telefon danışığı: "30 günlük atəşkəs təklifi

Ukrayna lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığı keçirib. Bu barədə Prezidentin mətbuat katibi Sergey Nikifirov açıqlama verib.
"Prezident Zelenski ABŞ prezidenti Trampla telefon danışığı keçirir. Ətraflı məlumatı nəticələrinə əsasən verəcəyik", – Nikifirov qeyd edib.
Sonra Zelenski bildirib ki, danışıq zamanı Ukraynanın Ali Radasının ABŞ ilə mineral resurslarla bağlı müqaviləni ratifikasiya etməsini müzakirə ediblər və "sülh naminə əlavə səylərin göstərilməsi zərurəti"ni qeyd ediblər. Zelenski, həmçinin, danışıqlar zamanı Ukraynanın "bugündən etibarən 30 günlük atəşkəsə getməyə hazır olduğunu" bildirib və Rusiya tərəfinin bu təklifi qəbul edəcəyini ümid etdiklərini qeyd edib.
"Əlavə olaraq, Ukrayna hər hansı formatda danışıqlara hazır olduğunu təsdiqlədim. Lakin bunun üçün Rusiya müharibəni bitirmək niyyətinin ciddiliyini göstərməlidir, tam və şərtsiz atəşkəs ilə başlamaqla. Prezident Trump təsdiqlədi ki, müharibənin bitməsini istəyir, kömək etməyə hazırdır və atəşkəsin vacibliyini dəstəkləyir", – Prezident qeyd edib.
Amerika lideri Donald Trump isə Truth Social sosial şəbəkəsində yazıb ki, Rusiya ilə Ukrayna arasında danışıqlar davam edir. "ABŞ, ideal olaraq, 30 günlük şərtsiz atəşkəsi tələb edir. Ümid edirik ki, qəbul edilən atəşkəs təmin olunacaq və hər iki ölkə bu birbaşa danışıqların toxunulmazlığını təmin edəcək. Əgər atəşkəsə əməl edilməzsə, ABŞ və onların tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcəklər", – Trump bildirib.
Onun sözlərinə görə, müvəqqəti atəşkəs, nəticədə sülh müqaviləsinin bağlanmasına gətirib çıxarmalıdır. "Bütün bunları çox sürətlə etmək olar", – ABŞ prezidenti vurğulayıb.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 21:26
Saatlıda məktəblilərlə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici görüş keçirildi
Mədəniyyət
Dünən, 20:00
Fikrət Qocanın 90 illiyi qeyd olunacaq
Sağlamlıq
Dünən, 15:00
Təbiətin hədiyyəsi – Berberin nədir?
Hadisə
Dünən, 14:35
Masallıda ağır qəza: ölən və yaralananlar var
Populyar Xəbərlər
Prezident Tramp Rusiyada həbsdə olan Kseniya Karelina ilə görüşdü - VİDEO
Hava Proqnozu 5 May 2025
Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 87 ili tamam olur - VİDEO
Azərbaycanın təbii və mədəni irsi - VİDEO
Azərbaycan və Əfqanıstan arasında ətraf mühit üzrə əməkdaşlıq görüşü
Demi Murun Həyatla Mübarizə Hekayəsi