"Türkman irsi: vətəndaş cəmiyyəti forumu" - Bakıda
2025-ci il martın 18-də - ilaxır çərşənbə günü Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum keçiriləcək.
Forumda İraq, Suriya və Türkiyədən 30-dan vətəndaş cəmiyyəti təmsilçisi iştirak edəcək. Onlar içərisində İraq parlamentinin Türkmanlar qrupunun sədri, ictimai-siyasi xadim Ərşad Saleh, İraq Tarixçiləri Birliyinin təmsilçisi, "Türkmaneli" qəzetinin baş redaktoru Najat Şükür, İraq türkmanlarının "Tert TV" kanalının rəhbəri Türkeş Saleh, Suriya Türkman Dərnəkləri Federasiyasının prezidenti Tarık Sulo Cevizci, Suriya Türkman Platformasının yaradıcısı Əsəd Arber və digər şəxslər də var.
Forumda "Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri", "Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər" adlı panellərdə türkman əsilli vətəndaş cəmiyyəti təmsilçiləri yerli QHT-lərlə birgə müzakirələr aparacaq.
Forum öncəsi - 15-17 mart tarixlərində türkman qonaqlar İraqda yaşayıb-yaratmış dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə adlandırılan Füzuli şəhərinə və işğaldan azad edilmiş digər ərazilərə - Şuşa, Xankəndi, Xocalı, Suqovuşana səfər edəcək, bayram şənliklərinə qatılacaq, Bakıda Zəfər Parkını, Hərbi Qənimətlər Parkını və digər görməli yerləri ziyarət edəcəklər.
Martın 18-də - forumdan sonra türkman qonaqlarla birgə Bakıda Novruzun ilaxır çərşənbəsi qeyd olunacaq.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
23-01-2026, 13:30
Uzunömürlülüyün sirri nədir?
Sağlamlıq
23-01-2026, 10:00
Gündə 20 dəqiqə ilə xərçəng riskini necə azaltmaq olar?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib FOTO , VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq
Ziya Bünyadov prospektində yerləşən obyektdə yanğın baş verib – FHN VİDEO, FOTO